2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dünyanın ən gözəl hovuzları – fotolar

Yay mövsümündə hamı hovuza, dənizə üz tutur. Dünyanın müxtəlif yerində yerləşən hovuzlar formasına, ölçüsünə görə fərqlənir.

24saat.org Rusiya KİV-inə istinadən dünyanın ən gözəl 8 hovuzunu təqdim edir:

Kiprdə fəaliyyət göstərən otellərin birində yerləşən hovuz turistlər üçün əsl cənnətdir.

Saytların yığılması Saytlarin yigilmasi

2. Yunanıstanda yerləşən bu hovuz dünyanın ən özəlllərindən biridir. Avropanın ən romantik otellərindən birində yerləşən hovuzun kənarlarında restoran fəaliyyət göstərir.

3. Taylanda cəngəlliklər arasında yerləşən bir otelin hovuzu görənləri heyran edir. Bura istirahət üçün əsl cənnət məkandır.

4. Bali adasında da bir-birindən gözəl hovuzlar yerləşir. Onlar arasında ən gözəli, vəhşi təbiət qoynunda tikilən ” Ubud Hanging Gardens”dir.

5. Las-Veqas otelləri qonaqlarını hər zaman təəccübləndirməyi sevir. Dünyanın ən qeyri-adi hovuzu burada fəaliyyət göstərən “Golden Nugget” otelindədir. Onun hazırlanması üçün otel sahibi 20 milyon dollar xərcləyib. İçərisinə 900 min litr su yerləşən hovuzun ətrafında balıqlar üzür.

6. Sinqapurda yerləşən bu hovuz görənləri heyrətləndirib. Bütün şəhərin gözəlliyini 55-ci mərtəbədən izləmək hər kəsə zövq verəcək.

7. İsveçin dağlar arasında yerləşən otelində tikilən hovuz qeyri-adilər siyahısındadır. Hovuzda çimənlər ətrafdakı qarlı dağların mənzərəsinə heyran qalırlar.

8. İbiza adasında yerləşən hovuz dəniz səviyyəsindən 180 metr yüksəkdədir. Bura hovuz olmaqla yanaşı, həm də cakuzidir.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button