2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Düşünürəm ki, “Qarabağ” minimal hesabla məğlub olacaq” 

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın Konfrans Liqasında “Marsel”ə qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bildirib.

Futbolpress.az saytına danışan futbol mütəxəssisi təmsilçimizdən uğur gözlədiyini deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Qarabağ”dan uğur gözləyirəm. Əlbəttə, çətindi. “Qarabağ”la “Marsel” arasında həm klub, həm futbolçular baxımından fərq var. “Qarabağ” bir neçə dəfə belə çətin sınaqlardan keçib. Ancaq təmsilçimiz daha əvvəl də böyük klublarla qarşılaşıb, onlarla başa-baş mübarizə aparıb. “Marsel” deyildiyi qədər top-klub deyil. Yəni, böyükdü, amma “Mançester Siti”, “Real”, “Barselona” kimi deyil. İnanıram ki, “Qarabağ” “Marsel”lə sınaqdan üzüağ çıxacaq və Azərbaycanı layiqincə təmsil edəcək”.

Diniyev “Qarabağ”da Abdullah Zubir və Kadi Borqesin oyun planında önə çıxacağını qeyd edib:

“Açar oyunçu deyəndə ağlıma iki futbolçunu adı gəlir – Abdullah Zubir və Kadi Borqes. Bu ikisinin oyunundan çox şey asılı olacaq. “Qarabağ”ın əsas hücum planı onların üzərində qurulur. Düşünürəm ki, onların oyunundan çox şey asılı olacaq”.

Həmsöhbətimiz sonda oyun üçün proqnozunu da verib:

“Futbolda proqnoz vermək çox çətindi. Düşünürəm ki, “Qarabağ” minimal hesabla məğlub olacaq. İstərdim ki, azı heç-heçə olsun. Ən çox istədiyim şey cavab matçına “Qarabağ”ın şansının qalmasıdı”.

Şahin Cəfərov

24 saat” ““Düşünürəm ki, “Qarabağ” minimal hesabla məğlub olacaq” ” başlıqlı yazını futbolpress.az saytına istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button