2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ: 320 ölü

class=”mediyanet-inline-adv”>

Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı artır. Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada Herat vilayətində baş verən 6,3 bal gücündə zəlzələ və sonrasında baş verən təkanlar nəticəsində indiyədək 320 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın isə yaralandığı bildirilib. Bu əyalətdəki yerli mənbələr daha əvvəl ölənlərin sayının 120 olduğunu açıqlamışdı. Xəsarət alanların sayı ilə bağlı dəqiq rəqəm verilməsə də, itkin xəbərlərin əksəriyyətinin Zindəcan rayonundan gəldiyi bildirilib. Zəlzələdən zərər çəkmiş ərazilərdə xilasetmə işlərinin davam etdiyi və 1200-ə yaxın ailənin hələ də dağıntılar altında qaldığı bildirilib.

Digər tərəfdən, zəlzələdən sonra evləri dağılan yüzlərlə zərərçəkən indiyə qədər nə yardım təşkilatlarından, nə də Talibandan heç bir yardım almadıqlarını bildirərkən, Taliban isə zərərçəkənlərə yardım göstərmək üçün ölkələrdən əməkdaşlıq istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

2023-10-07 23:26:25

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button