Gündəm
Əfv Komissiyası müraciətlərə baxılmasını yekunlaşdırıb
![](https://www.az24saat.org/wp-content/uploads/2024/05/jemVLV1zRw4DYCKlIbmtezE1eoEs92rUpo0APcLI-1600-900-fit.webp-780x470.webp)
Azərbaycan prezidenti yanında Əfv Komissiyası bu gün müraciətlərə baxılmasını yekunlaşdırıb, bu barədə qurumun üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, bugünki iclasda 100-dən çox ərizəyə baxılıb.
Ümumilikdə isə son bir ayda komissiya 700 ərizəyə baxıb.
Komissiya işini yekunlaşdıraraq, nəticələrini Azərbaycan prezidentinə təqdim edəcək.
Qeyd edək ki, komissiyanın hazırkı iclasları mayın 28-də qeyd olunan Müstəqillik Günü ilə əlaqədar prezidentin gözlənilən əfv sərəncamı ilə bağlı müraciətlərə baxılması məqsədilə keçirilib.