2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan (avqust ayında verilib – red.) 20 min barel çoxdur.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 800 min barel təşkil edəcək. Bu, avqustda verilən proqnozla müqayisədə 20 min barel çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

APA

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button