2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlərYAP-a Yox Deyək

Elçin Quliyevlə bağlı sərəncam nəyə xidmət edir? – “NAXÇIVAN KLANI” TƏRKİSİLAH EDİLİR

İyunun 5-də prezident İlham Əliyevin general-polkovnik Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunması barədə sərəncam imzaladığı məlum oldu.

Sözügedən sərəncam ictimaiyyət tərəfindən təəccüblə qarşılandı.

Sosial şəbəkələrdə Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi olduğu önə çəkilərək yenidən belə bir sərəncamın imzalanmasının hansı zərurətdən doğduğu barədə suallar ortaya atıldı.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ burasındadır ki, Elçin Quliyev iyunun 5-nə qədər təkcə Dövlət Sərhəd Xidmətinin rəisi olmayıb. O, həm də Sərhəd Qoşunlarının komandanı vəzifəsi icra edib. Prezidentin yeni sərəncamından isə aydın olur ki, Elçin Quliyev artıq komandan deyil.

Məlumat üçün deyək ki, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsi 2002-ci ildə təsis edilib. Ona qədər Sərhəd Qoşunlarının komandanı vəzifəsi olub. Bu vəzifəni icra edən şəxs eyni zamanda milli təhlükəsizlik nazirinin müavini postu tutub. Yəni, Sərhəd Qoşunları, ümumiyyətlə sərhəd xidməti Milli Təhlükəsizlik Nazirliyinin nəzdində olub.

Elçin Quliyev də əvvəlcə komandan və nazir müavini təyin olunub, 2002-ci ildə isə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidməti təsis edilib, Sərhəd Qoşunları da MTN-dən alınaraq bu xidmətə verilib.

Son zamanlar hakimiyyət daxilində “Naxçıvan Klanı”nın “vurulması” prososi aşkar görünməkdədir. Hesab etmək olar ki, artıq hakimiyyət daxilində bu klana inam qalmadığından onlara bağlı olan hərbi birləşmələr əllərindən alınmaqdadır. Bu əməliyyatın isə ən sancısız yolu məhz son günlər qarşılaşdığımız dəyişiklik ola bilər.

Bu yerdə onu da bildirək ki, çox güman, İlham Əliyevin məlum sərəncamı Sərhəd Qoşunlarının yenidən təhlükəsizlik orqanının tabeliyinə verilməsinin də anonsudur. Hələlik bu barədə hər hansı sərəncam yoxdur. Lakin ən ağlabatan ehtimal da elə budur.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button