2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Eldəniz Quliyevdən jurnalistlərə çağırış

eldeniz-quliyev-yeni“Bütün media əməkdaşlarını sabahkı məhkəmə prosesinə dəvət edirəm”

Azərbaycan Ziyalılar Birliyinin sədri, şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev jurnalistlərə çağırış ünvanlayıb. E.Quliyev bütün media əməkdaşlarını sabah S.Şəkərli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesində iştiraka dəvət edib. Məhkəmə prosesi saat 12:30 radələrində başlayacaq.
Xatırladaq ki, bir müddət bundan öncə Saday Şəkərlinin külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu alması ittihamı ilə bağlı barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib. (Moderator.az)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button