2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Eldar Mahmudovun Kəmaləddin Heydərov “ovu” və alınmayan “çevriliş”

Keçmiş milli təhlükəszilik naziri Eldar Mahmudovun sıradan çıxarmaq istədiyi məmurlardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərov olub. 24saat.org-a daxil olan məlumata görə, Eldar Mahmudov milli təhlükəszilik naziri təyin olunan andan Kəmaləddin Heydərova qarşı savaş açıb.

İddia olunur ki, keçmiş MTN şefi mediaya müxtəlif əsassız məlumatlar ötürməklə fövqəladə hallar naziri ilə prezident İlham Əliyev arasında etimadsızlıq mühiti yaratmağa çalışıb. Lakin Kəmaləddin Heydərovun prezidentə aşırı sadiqliyi onun hədəfə gəlməsinin qarşısını alıb. Növbəti mərhələdə Eldar Mahmudov Kəmaləddin Heydərova yaxın iş adamlarını şantaj etməklə onlardan fövqəladə hallar naziri barədə kompramatlar tələb edib. Lakin bu cəhdlər də uğursuzluqla nəticələnib. Eldar Mahmudovun Kəmaləddin Heydərova sonuncu zərbəsi Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi olub. Hazırda bu işlə bağlı məhkəmə prosesi gedir. Təqsirləndirilən şəxslərin ifadələrinə diqqət yetirdikdə hadisənin izinin MTN-ə çıxdığı aydın görünür. Məlumat üçün deyək ki, hadisədə əsas təqsirləndirilən şəxs binaların üzlənməsi ilə məşğul olan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudovun vəkili mediaya açıqlamasında bildirib ki, Azadlıq prospektindəki yanğın hadisəsindən əvvəl də Bakıda silsilə yanğınlar törədilib. Vəkil bu hadisələrdə MTN-nin əli olduğuna eyham edib. Miryusif Mahmudov özü də məhkəmə istintaqında bildirib ki, hadisədən yarım saat sonra MTN əməkdaşları rəhbəri olduğu şirkətin ofisinə gələrək onu həbs ediblər və müəyyən sənədləri də özlərilə aparıblar. Qısası, Azadlıq prospektində baş vermiş yanğın hadisəsinin təşkil olunmuş olay olduğu barədə ilk günlərdə irəli sürülən mülahizələr təsdiqini tapmaqdadır.
Bəs bu hadisə ilə Kəmaləddin Heydərova hansı zərbə vurula bilərdi?
Məsələ burasındadır ki, binaların təmiri də Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi əsasında aparılır. Deməli, bu hadisə ilə Kəmaləddin Heydərovu da gündəmə gətirmək olardı. Olardı, amma fövqəladə hallar naziri işini ehtiyatlı tutmasaydı. Kəmaləddin Heydərov hadisə ilə bağlı prezidentin sədrliyi ilə keçirilən iclasda FHN-nin həmin binanın üzlənməsi üçün istifadə edilən poluetiran məhsuluna rəy vermədiyini, mətbuata ötürülən sənədin onların verdiyi sənədlə üyni olmadığını açıqladı. Həmçinin faktiki olaraq FHN-nin bununla bağlı müvafiq icra hakimiyyətinə xəbərdarlıq etdiyini vurğuladı. Bununla da Kəmaləddin Heydərovun sıradan çıxarılması planı baş tutmadı.
Eldar Mahmudovla Kəmaləddin Heydərov arasında hansı problem var idi. Keçmiş MTN şefi hakimiyyətin əsas fiqurlarından olan fövqəladə hallar nazirini niyə sıradan çıxarmaq istəyirdi?
Gələn məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərovun sıradan çıxarılması Eldar Mahmudovun siyasi iddiası ilə bağlı olub. İddia olunur ki, keçmiş MTN şefi baş nazir postuna yiyələnmək istəyib. Hətta onun dövlət çevrilişi etmək niyyətində olduğu barədə iddialar da var. Konkret olaraq hüquqşünas Əyyub Kərim mətbuata açıqlamalarında buna işarə edib.
Bu halda Kəmaləddin Heydərov Eldar Mahmudovun yolunda ciddi maneə sayıla bilər. Əliyevlərə sadiqliyi fövqəladə hallar nazirinin bu plana qarşı çıxacağına şübhə yeri qoymurdu. Eldar Mahmudov da bunun fərqində olub. Digər tərəfdən, Kəmaləddin Heydərov iqtisadi gücə malik fiqurlardan biridir. Eyni zamanda o, Mülki Müdafiə Qoşunlarının timsalında yarımhərbi birləşmələri olan nazirdir. Qısası, Kəmaləddin Heydərovun ehtimal olunan “QKÇP”nin qarşısını almaq üçün bütün resurslara malikdir. Ona görə də Eldar Mahmudov onunla hesablaşmanı sonraya saxlaya bilməzdi.
Görünən isə budur ki, kompramatlarla zəngin Mahmudov elə ilk həmlədəcə Heydərova məğlub olmanın acı taleyini Putinin Əliyevə verdiyi iddia olunan gizli zərfin timsalında yaşamaqdadır…
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button