2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Elmar Vəliyevin güllələnməsi işi: Qudalıq məsələsi ortaya çıxdı

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsiylə bağlı cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edilir. Fevralın 17-də məhkəmədə bu məsələni vəkillər qaldırıb.

Sabiq icra başçısını güllələməkdə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və daha iki hakimi – Məhəmməd Bağırov və Nural Əliyev baxır. Vəkil Nazim Musayev vəsatət verib ki, bu işə N.Əliyev baxa bilməz, ümumiyyətlə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıla bilməz. Vəkil bu fikrini belə əsaslandırır: «Məhkəmənin hazırlıq iclasından sonra məlum oldu ki, hakim Natiq Əliyevlə Elmar Vəliyev qohumdurlar. Bu barədə çox güman ki, məhkəmə tərkibindəki digər hakimlər də məlumatlıdır. Lakin məhkəmənin hazırlıq iclasında nə sədrlik edən Natiq Əliyev, nə də digər hakimlər bu məsələyə münasibət bildirmədi. Bununla da faktiki prosessual pozuntuya yol verdilər».

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil N.Musayev hesab edir ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Deyir ki, N.Əliyev özü olmasa belə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin digər hakimləri də bu işə baxa bilməz. Çünki məhkəmənin sədri N.Əliyevdir, onun tabeliyində işləyirlər.

Məhkəmə sədrinin sabiq icra başçısının qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşı (gəlininin dayısı-red.) olduğu bildirilir.

Cinayət epizodlarının sonuncusu…

Bundan başqa, bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisi – Ağa Sərxani və Anar Bağırov sağ deyil. Cinayət işinin materiallarında iddia olunur ki, onlar tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərdiklərinə görə öldürülüb. Hər ikisinə terrorçuluq, qəsdən adam öldürməyə cəhd və s. maddələrlə yanaşı, polisə müqavimət ittihamı da verilib. Vəkil deyir ki, hər ikisinin öldürülməsi Bakıda baş verib:

«Cinayət işində bəhs olunan cinayət epizodlarının sonuncusu Bakıda olduğuna görə işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır».

Təqsirləndirilən şəxslər də, vəkil həmkarları da N.Musayevlə razılaşıb. Heç prokuror da etiraz etməyib. Deyib ki, vəkilin etirazı Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin, harada baxılması məsələsinə qərar verilsin.

N.Əliyev özü Vəliyevlərlə qohumluq məsələsinə münasibət bildirməyib. O və digər iki hakim qərara alıblar ki, vəkilin etirazı baxılıb qərar verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button