Loading...
Loading...
Texnologiya

Elon Musk xüsusi təqdimat tədbiri çərçivəsində Starship haqqında yeni məlumatlar verib (VİDEO)

    Elon Musk SpaceX şirkətinin Starship kosmik gəmisinə həsr edilmiş yeni təqdimat tədbiri keçirdib və həmin tədbirdə Starship barəsində yeni məlumatlar verib. Qeyd etmək lazımdır ki, Starship Aya, Marsa və daha uzaq məsafəli kosmik uçuşlar üçün nəzərdə tutulub. SpaceX birinci il deyil ki, onun üzərində çalışır. Lakin indiyənə kimi onun müxtəlif prototiplərinin yalnız Yer kürəsinin atmosferi daxilində test olunmuşdular. Musk bildirib ki, Starship-in ilk orbital uçuş testi artıq yaxın aylarda baş tuta bilər. Starship sistemi iki hissədən ibarətdir. Birinci hissəni Super Heay adlı sürətləndirici ağır raket, ikinci hissəini isə kosmik gəmi təşkil edir. Ümumilikdə Starship 119 metr hündürlüyə sahibdir. Bu isə insanlar tərəfindən indiyənə kimi yaradılmış istənilən raketdən daha hündürdür.

    Sistemin həm Super Heavy həm də kosmik gəmi hissəsi dəfələrlə istifadə üçün nəzərdə tutulub. Bu isə öz növbəsində reallaşdırılacaq uçuşların qiymətlərini aşağı salmağa imkan verəcək. Əgər hər şey yolunda getsə, bir Starship hər 6-8 saat ərzində kosmik uçuş reallaşdıra biləcək. Bu isə sutka ərzində 3 uçuşun reallaşdırılması deməkdir. Starship barəsində yeni məlumatlar verilən zaman həmçinin onun uçuş prosesi ilə bağlı detalları özündə əks etdirən yeni animasiya videosu da təqdim edilib. Musk bildirib ki, 2-3 ildən sonra hər kosmik uçuş missiyasının dəyəri 10 milyon dollardan aşağı ola bilər. Söhbət, 100 ton faydalı yükün Yer kürəsinin orbitinə çatdırılmasından gedir.

    Bundan əlavə olaraq qeyd edilib ki, Starship və Super Heavy yeni nəsi Raptor mühərrikləri vasitəsilə çalışırlar. Nəticədə Super Heavy 33 ədəd, Starship isə 9 ədəd yeni nəsil Raptor mühərriki ilə təchiz olunacaq. SpaceX sözügedən mühərriklərin maya dəyərlərini aşağı sala bilib. Onların konstruksiyalarında əvvəl mövcud olmuş detalların sayını azaltmaqla şirkət hər həftə 5-6 mühərrik istehsal edə bilir. Starship-in ilk orbital test uçuşunun reallaşdırlması üçün ABŞ-ın müvafiq nizamlayıcı orqanları tərəfindən razılıq əldə edilməlidir. Starship-in mart və ya aprel ayında orbital uçuşu reallaşdıracağı güman edilir.

Gözdən qaçırmayın:  Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button