2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Elxan Əliyevin yaxınları onun taleyindən narahatdırlar

Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin olan ailə üzvləri onuntaleyindən narahatdər. Mayın 16-dan bəri o ailsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.

“Bu gün (18 may) Elxanın telefon zəngi üçün nəzərdə tutulan gün idi. O, adətən şənbə günü saat 14:30 radələrində zəng edir. Amma axşamdır  və o hələ də zəng etməyib. Elxan keçən dəfə mənə dedi ki, özü aclıq aksiyasını dayandırdığını bildirməsə deməli, o, aksiyanı davam etdirir və təhlükədədir”, – deyə fəalın həyat yoldaşı Şahnaz Əliyeva Turan agentliyinə bildirib.

O qeyd edib ki, əri iki dəfə insult keçirib, həbsxanada isə mikroinfarkt keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Elxan Əliyev 2023-cü ilin iyulunda “dələduzluq” və “saxta sənəd hazırlama ” ittihamları ilə həbs edilib.

Əliyev, ona qarşı təxribat törətdiyini bəyan edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 13-də apelyasiya şikayətinə baxılarkən Əliyev iki gündən sonra quru aclıq aksiyasına başlamaq niyyətində olduğunu bildirib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button