2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Erdoğan deyir ki, Səudiyyə Türkiyədən dron almaq istəyir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan martın 16-da deyib ki, Səudiyyə Ərəbistanı Ankaradan pilotsuz uçuş aparatları almaq istəyir.

Bu xəbəri verən Reuters agentliyi xatırladır ki, Ankara və Riyad arasında münasibətlər son illərdə xeyli gərgin olub.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə ilə Səudiyyə arasında münasibətlər xüsusilə də 2018-ci ildə səudiyyəli jurnalist Camal Xaşoqqinin Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilməsindən sonra pisləşib.

İki ölkə arasında ticarət Səudiyyənin birtərəfli boykotu ilə dayansa da, iki ölkə aralarındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışağını bildirmişdi.

Ankarada keçirilən mətbuat konfransında çıxış edən Erdoğan bu yaxınlıarda Səudiyyə Ərəbistanı ilə Yunanısatnın birgə keçirdikləri hərbi təlimləri pisləyib.

Hazırda Ankara və Afina arasında Aralıq dənizindəki sərhədlərə görə mübahisə davam edir.

Suriya, Liviya, Dağlıq Qarabağ…

Lakin Erdoğan bildirib ki, bütün bunlara baxmayaraq Səudiyyə Ərəbistanı Türkiyədən dronlar almaq istəyini bildirib.

Reuters yazır ki, son illərdə bir sıra ölkələr Türkiyə dronlarına maraq göstərməyə başlayıblar.

Bu, Türkiyə dronlarından Suriya, Liviya və Dağlıq Qarabağ münaqişələrində uğurla istifadə olunmasına görədir.

Türkiyənin özü də son aylarda Səudiyyə Ərəbistanı ilə arasındakı gərginliyi azaltmağa çalışır.

Erdoğan deyib ki, Ankara Misirlə də münasibətlərin yaxşılaşmasını istəyir.

Ankara və Qahirə arasında münasibətlər 2013-cü ildə, Misirdə Müsəlman Qardaşlığının prezidenti hərbi çevrilişlə devriləndən sonra korlanıb.

Misirlə münasibətlər

Erdoğan və Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ötən həftə demişdilər ki, Türkiyə Misirlə diplomatik kanalları açıb və əməkdaşlığın davam etdirilməsini istəyir.

Qahirə isə bildirir ki, münasibətlərin normallaşması Türkiyənin Misirin mövqeyinə hörmətlə yanaşmasına bağlıdır.

İki ölkə Liviya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyir.

Bundan başqa Misir Yunanıstanla dəniz sərhədlərinə dair saziş imzalamaqla Türkiyəni qəzəbləndirib.

Erdoğan isə deyib ki, son vaxtlar Qahirənin regionda atdığı addımlar “müvəqqəti səhvlərin nəticəsidir”.

Türkiyə prezidenti əlavə edib ki, Misir xalqının onun ölkəsinə hüsn-rəğbəti var.

24 saat” “Erdoğan deyir ki, Səudiyyə Türkiyədən dron almaq istəyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button