2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Erdoğan-Putin görüşü: Rusiya kənd təsərrüfatı məhsulları maneəsiz şəkildə dənizə çıxarsa, Taxıl dəhlizini “canlandıracaq”

Bazar ertəsi günü Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla əsas müzakirə mövzusunun “Taxıl dəhlizi” razılaşması barədə olduğu deyilən görüşdən sonra keçirilmiş mətbuat konfransında “qərb tərəfdaşlarımız bizi aldatdı” deyib.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə çıxışında “Taxıl Dəhlizi” ilə bağlı gündəmə gətirilən “alternativ təkliflərin Qara Dəniz Taxıl Təşəbbüsü kimi davamlı, təhlükəsiz və tərəflər arasında əməkdaşlığa əsaslanan bir formul təqdim edə bilmədiyini” vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya iyulun 17-də öz məhsullarının beynəlxalq bazarda satışına qoyulan maneələri əsas gətirərək “Taxıl dəhlizi” razılaşmasından çıxdığını bəyan etmişdi.

Bəs, Soçi görüşündən sonra taxıl dəhlizi yenidən açılacaqmı?

Prezidentlərin “geniş tərkibdə danışıqları çox konstruktiv keçib” – bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bir qədər əvvəl TASS-a deyib.

Mətbuat Konfransında Vladimir Putin “Taxıl Dəhlizi” ilə bağlı “Qərb tərəfdaş”larının bir neçə günə vədlərini yerinə yetirdiyi təqdirdə “bu taxıl dəhlizini davam etdirmək üçün səy göstərəcəyik” deyib.

Türkiyə Prezidenti konfransda “bölgədə davamlı sülh, sabitlik və rifahın bərqərar olması üçün səyləri davam etdirmək əzmində” olduqlarını da açıqlayıb.

Cənab Erdoğan həmçinin, “çatışmazlıqların aradan qaldırılaraq, təşəbbüsün davam etdirilməsinin vacibliyinə inandıqlarını” bildirib.

“Biz əvvəllər tərəflər (Rusiya-Ukrayna) arasında birbaşa danışıqlara ev sahibliyi etmişik. Həmişə olduğu kimi, bu mövzuda da öhdəmizə düşəni etməyə hazırıq”, cənab Erdoğan deyib.

Prezident Erdoğan həmçinin vurğulayıb ki, “Türkiyə olaraq (taxıl daşınması ilə bağlı BMT ilə birlikdə hazırlanmış ortaq təkliflər paketi ilə) qısa zamanda gözləntiləri qarşılayacaq bir həll yolu tapacağımıza inanıram”.

“Putin kasıb ölkələrə 1 milyon ton taxıl göndərilməsi üçün logistik məsələlərin həll edildiyini bildirdi, biz də Türkiyə olaraq, bu məsələdə üzərimizə düşəni edəcəyik”, – cənab Erdoğan deyib.

Türkiyə Prezidenti ümid edir ki, Rusiya, Türkiyə və Qətər Afrika ölkələrinə un göndərilməsində dəstək olacaq addımlar atmaqla Afrika ölkələrinin “yanında olacaq”.

Ötən iki həftə ərzində xarici işlər nazirləri səviyyəsində aparılan müzakirələrdə rəsmi Moskva “Taxıl dəhlizi” razılaşmasına Qətərin də daxil edilməsi təklifini irəli sürmüşdü.

Bu plan çərçivəsində Rusiya Qətərin də maliyyə dəstəyi ilə Türkiyəyə güzəştli qiymətə 1 milyon ton taxıl göndərməsi, daha sonra Türkiyədə təkrar emal olunacaq bu taxılın ehtiyacı olan ölkələrə daşınması nəzərdə tutulur.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button