2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan: “Türkiyə və Azərbaycan arasında qarşılıqlı ticarət 15 milyard dollara çatdıracaq”

Ankarada Azərbaycan və Türkiyə dövlət başçılarının danışıqları başa çatdıqdan sonra ikitərəfli sənədlər imzalanıb.

Azərbaycan Elm və Təhsil Nazirliyi və Türkiyə Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında memorandum imzalanıb.

Azərbaycanın xarici işlər naziri və Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Gəlir vergisinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycanın iqtisadiyyat naziri və Türkiyənin xəzinə və maliyyə naziri imzalayıblar.

Türkiyə prezidenti Ərdoğan öz çıxışında qeyd edib ki, 2023-cü ildə Türkiyə və Azərbaycan arasında ticarətin həcmi 7,5 milyard dollara çatıb. “Göstəricinin 15 milyard dollara çatması üçün əlimizdən gələni edəcəyik”, – o deyib.

Qarabağda işğalın sona çatması ilə regionda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açılıb. Bu imkanlar pəncərəsinin bağlanmaması çox vacibdir, Ərdoğan deyib. O, üçüncü tərəfləri Azərbaycanla Ermənistan arasında sülhün bağlanması üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq yuxarıda göstərilən məsələlərlə məhdudlaşmayacaq. Müdafiə, eləcə də təhsil sahəsində əməkdaşlıq xüsusi yer tutur.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button