2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Erdoğan və Makron Ukraynanı müzakirə ediblər

Ötən həftə Erdoğan demişdi ki, Makronun yenidən prezident seçilməsi Türkiyə-Fransa münasibətləri üçün yaxşı hadisədir
Türkiyə prezidenti Recep Tayyip Erdoğan fransalı həmkarı Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Reuters agentliyi Türkiyə prezidentinin ofisinə istinadən yazır ki, Erdoğan bu telefon danışığı zamanı Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
NATO üzvü olan Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə Qara dənizdə sərhədi var və Ankara həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.
İndiyədək Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşünü təşkil edə bilmiş Türkiyə, indi də prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında üzbəüz danışıqların keçirilməsinə çalışır.
Erdoğan mayın 5-də keçirilən telefon danışığı zamanı deyib ki, Türkiyə Ukraynadakı müharibəyə son qoyulması üçün əlindən gələni edir və danışıqlar prosesinin davam etdirilməsi son dərəcə mühümdür.
Reuters yazır ki, Ankaranın NATO üzvləri ABŞ və Fransa ilə münasibətləri son vaxtlarda birmənalı olmayıb.
Çəkişməyən bərkişməz
Türkiyə və Qərb arasında fikir ayrılıqlarının əsasən Ankarının Moskvadan S-400 raket sistemləri alması və Suriya, Liviya, Dağlıq Qarabağ və Aralıq dənizi siyasətləri ilə bağlı olduğu bildirlir.
Erdoğan və Makron arasında son illərdə bir neçə dəfə söz atışmaları da olub.
Makronun NATO-nun “beyin ölümü” keçirdiynə dair bəyanatından sonra Erdoğan Fransa prezidentini kəskin tənqid edib.
Makron dəfələrlə Türkiyənin Liviya və Suriya münaqişələrinə müdaxiləsini tənqid edib.
Lakin son aylarda Ankara ilə Paris arasında gərginliyin azaldığı və münasibətlərin istiləşdiyi hiss olunur.
Ötən ay NATO-nun sammitində Erdoğan və Makron Türkiyənin Fransa-İtaliya istehsalı olan SAMP-T müdafiə sistemləri alması məsələsini müzakirə ediblər.
Ötən həftə Erdoğan demişdi ki, Makronun yenidən prezident seçilməsi Türkiyə-Fransa münasibətləri üçün yaxşı hadisədir.

24 saat” “
Erdoğan və Makron Ukraynanı müzakirə ediblər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button