2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Erdoğan və Putin həm də Qarabağı müzakirə ediblər

Aprelin 9-da Türkiyə və Rusiya prezidentləri Recep Tayyip ErdoğanVladimir Putin arasında telefon söhbəti olub .

Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, iki prezident koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələsini detallı şəkildə müzakirə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da bildirilir ki, söhbət zamanı Türkiyəyə Rusiyanın Sputnik V vaksinin verilməsi və ya onun birgə istehsalının mümkünlüyündən bəhs edilib.

Erdoğan Türkiyədə aparılan epidemioloji tədbirlərdən danışıb.

O deyib ki, Ankaranın prioritetlərindən biri də əcnəbi turistlərin təhlükəsizliyinin təmin edilməsidir.

İki prezident ölkələrinin müvafiq strukturları arasında ən sıx əlaqələrin saxlanması vacibliyini vurğulayıb.

Söhbət ilk növbədə rusiyalı turistlərin Türkiyəyə təhlükəsiz səfərlərinin təmin olunmasından gedib.

Liviya və Suriya

Kremlin saytındakı məlumatda deyilir ki, tərəflər daha sonra Liviyadakı vəziyyəti müzakirə ediblər.

Putin və Erdoğan Liviyada qarşı duran tərəflər arasında atəşkəsə riayət olunmasından məmnunluq ifadə ediblər.

Prezidentlər Liviyanın bütövlüyünün təminatı üçün siyasi prosesə tərəfdar olduqlarını bildiriblər.

Söhbət zamanı Suriyadakı vəziyyət də müzakirə olunub.

Burada Rusiya və Türkiyənin stabilləşdirici rolundan, habelə suriyadaxili danışıqların təşkilindən bəhs edilib.

Tərəflər, həm də 2018-ci il Soçi memorandumuna və ona 5 mart 2020-ci il tarixli əlavə protokola uyğun olaraq İdlib qəzasında terrora qarşı birgə mübarizənin mühümlüyünü vurğulayıblar.

Erdoğan Putindən Ukraynanı soruşub

Kremlin saytında qeyd olunur ki, Putin Erdoğanın ricası ilə Rusiyanın Ukraynadakı vəziyyətə yanaşmasını izah edib.

Bir sıra Rusiya mediaları xatırladırlar ki, Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə aprelin 10-da səfər edəcək.

Putin bildirib ki, Ukrayna böhranının həlli üçün 2015-ci il Minsk razılaşmasının alternativi yoxdur.

Rusiya prezidenti Ukraynanın bu razılaşma üzrə öhdəliklərini yerinə yetirməməsindən narahatlıq ifadə edib.

Putin deyib ki, Kiyev son vaxtlar təmas xətti boyunca “təxribatlarını” intensivləşdirib.

Qarabağ tənzimləməsi

Söhbətin sonunda Dağlıq Qarabağ tənzimləməsi probleminə də toxunulub.

Məlumatda deyilir ki, Recep Tayyip Erdoğan vəziyyətin sabitləşdirilməsində Rusiyanın rolunu yüksək qiymətləndirib.

Türkiyə prezidenti habelə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının əhəmiyyətini qeyd edib.

Putin türkiyəli həmkarına Ermənistan və Azərbaycan liderləri ilə bu yaxnlarda yer almış söhbətləri barədə danışıb.

Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası üzrə işlərin sürətləndirilməsinin mühümlüyünü vurğulayıblar.

Türkiyənin İstanbul kanalının inşası ilə bağlı planlarına toxunan Putin deyib ki, Qara dəniz boğazlarından keçidin 1936-cı il Montrö Konvensiyasına uyğun saxlanması vacibdir.

24 saat” “Erdoğan və Putin həm də Qarabağı müzakirə ediblər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button