2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Erməni diasporu pul qazanmaq üçün siyasi faciələrin olmasını istəyir” – RƏY

Azərbaycanın Laçın yolunun əvəzinə Ağdam-Əsgəran yolundan istifadə ilə bağlı təklif verməsi ermənilər arasında ciddi narahatlığa yol açıb. Qarabağın erməni icmasının inteqrasiyası istqamətində atılmış addımdan təlaşa qapılan ermənilər hər vəchlə prosesə mane olmağa çalışırlar. Bu səbəblə təklif səsləndirilən vaxtdan etibarən müxtəlif yerlərdə aksiyalar keçirilir. Belə aksiyalardan birini də erməni diasporu bir neçə gün əvvəl Brüsseldə Avropa Şurasının binası önündə təşkil edib. Laçın postunun açılmasını tələb edən diaspor fəalları dünyanı “Qarabağda humanitar fəlakət” nağılına inandırmağa çalışıblar. Ümumiyyətlə, ermənilər vaxtaşırı aksiyalar keçirərək beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ ermənilərinə qarşı zorakılıq törətdiyinə, humanitar yardıma imkan vermədiyinə inandırmağa çalışırlar. Bu cəfəngiyyat ətrafında aparılan kampaniyalar isə Azərbaycan diasporunun fəal olmasına ehtiyac yaradır.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, Azərbaycan diasporu Belçika və digər ölkələrdə bu məsələyə qarşı hansı tədbirləri görür? Dinc aksiyalar keçirilirmi?

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı “Report”a açıqlamasında bildirib ki, istər bu hadisə, istərsə də digər bu cür hallarda diaspor müxtəlif informasiya platformaları üzərindən etirazını bildirir, bəyanatlar yayır və məktub kampaniyaları təşkil edir:

“Sözügedən məsələ barədə dinc aksiya olacağı təqdirdə ictimaiyyət məlumlandırılacaq”.

Məsələyə münasibət bildirən Milli Məclis deputatı Asim Mollazadə isə qeyd edib ki, diasporu nümayəndələri daha fəal olmalıdırlar, ancaq hazırda Azərbaycanın mütəşəkkil fəaliyyət göstərən diasporu çox azdır, bunu Ermənistanla müqayisə etmək olmaz:

“Diaspor nümayəndələri öz yaşadıqları bölgədə parlament üzvləri, şəhər bələdiyyələri və media ilə əlaqələri möhkəm qurmalıdırlar. Qanun çərçivəsində müvafiq müraciəti etdikdən sonra kütləvi dinc aksiya da keçirə bilərlər. Lakin təəssüf ki, Azərbaycanın xaricdə diasporu elə də böyük deyil. Ermənilərin isə bir sıra Avropa ölkələrində, ABŞ-də mütəşəkkil fəaliyyət göstərən və böyük fondlara malik olan zəngin diasporu var. Uzun illərdir, onlar türklərə qarşı nifrət hissi ilə yaşayırlar. Həmin fəallar münaqişənin həll olunmasında maraqlı deyillər”.

Deputat söyləyib ki, bu gün erməni diasporu hətta Ermənistan rəhbərliyini də şantaj edir: “Rəhbərliyə qarşı da aksiyalar keçirirlər, məqsəd isə sülh istiqamətində addımların atılmasına əngəl törətməkdir. Çünki erməni diasporunun siyasəti faciələrin olmasını tələb edir. Bu gün həm Ermənistanda yaşayan, həm də Azərbaycanın ərazisində gizlənən hərbi cinayətkarlarla birlikdə onların əsas marağı sülh prosesinə xələl gətirmək və bundan istifadə edərək öz maliyyə problemlərini həll etməkdir, yəni gərginlikdən faydalanaraq fondlar yaradıb zənginləşmək istəyirlər. Münaqişənin həlli onlar üçün böyük zərbə olar. Ona görə də radikal şəkildə problemlərin yaranmasını tələb edir, belə problem olmayanda da yeni nəsə uydurub aksiya keçirirlər”.

A.Mollazadə hesab edir ki, Azərbaycan diasporunun fəaliyyətini canlandırmaq üçün çox işlər görmək olar:

“Atılmalı olan zəruri addımlardan biri Azərbaycan və Türkiyənin diaspor fəaliyyətini birləşdirmək və daha fəal olmaqdır. Bu istiqamətdə müvafiq addımlar atılır, amma daha çox olmasına ciddi zərurət var”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button