2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan-Azərbaycan sərhədində atışma: 1 hərbçinin yaralandığı bildirilir

Ermənistan atışma ilə bağlı hər hansı bir açıqlama yaymayıb

Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulduğu və 1 hərbçinin yaralandığı bildirilir.

Bu barədə fevralın 12-də Hərbi Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadənin Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Məlumatda Qubadlı Hərbi Prokurorluğunun hərbçidən izahat aldığı vurğulanıb:

Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülmüş, hadisə yerinə baxış keçirilmiş və digər hərəkətlər icra edilib”.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb:

“Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

Ermənistan tərəfi atışma ilə bağlı hər hansı bir məlumat yaymayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button