Xəbərlər
Ermənistan hərbi bazasında yanğında 15 hərbi qulluqçu həlak olub
![Ermənistan hərbi bazasında yanğında 15 hərbi qulluqçu həlak olub](https://www.az24saat.org/wp-content/uploads/2023/01/Ermənistan-hərbi-bazasinda-yanginda-15-hərbi-qulluqcu-həlak-olub-780x450.jpg)
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində mühəndis-istehkam bölüyünün kazarmasında yanğın nəticəsində 15 hərbi qulluqçu həlak olub, üçünün vəziyyəti ağır dəyərləndirilir.
Bu haqda nazirliyin mətbuat katibi Aram Torosyan Facebook səhifəsində yazıb.
Nazirlik daha öncə yanvarın 19-da gecə 01:30 radələrində qurumun N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verdiyi haqda məlumat yaymışdı. Geğarqunik vilayətinin Azat kəndi ərazisindəki yanğının səbəbləri hələ müəyyənləşdirilməyib.