2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan müxalifəti kütləvi etirazlar təşkil etməyə və Paşinyanı devirməyə çalışır

Özünü müxalifətin lideri elan edən keşiş Baqrat Qalstanyan bazar günü Yerevanda keçirilmiş mitinqdən sonra Ermənistan vətəndaşlarını kütləvi itaətsizlik aksiyalarına başlamağa çağırıb.

Bazar ertəsi səhər müxalifətçilərdən ibarət qruplar  Yerevandakı yolları bağlamağa və polislə qarşıdurma yaratmağa başlayıblar. Lakin hakimiyyət günortaya qədər 100-dən çox adamı  saxlayaraq aksiyanın qarşısını sərt şəkildə alıb.

“Biz təzyiq göstərməliyik, onların işə gəlməsinə imkan verməməliyik, çünki onların işi yoxdur, onlar bu işdən çoxdan kənarlaşdırılıblar, onlar heç nəyə görə məsuliyyət daşımırlar. Həm mənəvi, həm də hüquqi cəhətdən özlərini rəsmi şəxs olmaq hüququndan tamamilə məhrum ediblər”,- mitinq zamanı din xadimi  bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qalstanyan baş nazir olmaq qərarına gəldiyi üçün dini fəaliyyətinin dayandırılması ilə bağlı erməni kilsəsinin liderinə müraciət edib.

Ermənistan KİV-in məlumatına görə, keşiş Ermənistanın keçmiş liderləri Köçəryanın, Sarqsyanın tərəfdarlarının, daşnakların və Rusiyapərəst qüvvələrin dəstəyini qazanıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button