2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanın Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu bildirilir

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutduğu bildirilir

Toplum TV xəbər verir ki, bu barədə fevralın 23-də Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, iki ölkə sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. 

“Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik”, – məlumatda qeyd olunub.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button