2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Ermənilər Azərbaycan əsgərinin ölüsündən də qorxur” – Millət vəkili

Xəbər verdiyimiz kimi, dekabrın 29 – da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşi hələ də geri qaytarılmayıb.

24saat.org  xəbər verir ki, millət vəkili Azər Badamov məsələyə münasibət bildirib. O bildirib ki, ermənilər sosial şəbəkələrdə əsgərimizin meyitinin fotolarını yaymaqla bir daha öz rəzil, qaniçən sifətlərini göstərir:

“Bir həftə əvvəl erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş Qurbanov Çingiz Salman oğlunun nəşinin Azərbaycan tərəfinə qaytarılmaması çox təəsüf doğurur. Baxmayaraq ki, Beynəlxalq qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna , o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikə rəsmi müraciətlər olunub, təəsüflər olsun ki, heç bir nəticəsi yoxdur. Bu, bir daha həmin qurumların fəaliyyətsizliyini göstərir. Hətta sosial şəbəkələrdə əsgərimizin meyitini nümayiş etdirirlər. Bununla ermənilər öz rəzil, qaniçən, yaramaz sifətlərini bir daha göstərir. Bu, heç bir beynəlxalq hüquq normalarına uyğun deyil. Azərbaycan əsgərinin ölüsündən də qorxurlar. Belə olmasaydı əsgərimizin meyitini qaytarardılar. Erməni bilsin ki, o, canını da verməyə hazır Azərbaycan xalqının qəhrəman oğulları ilə üz-üzə dayanıbdır . Belə qəhrəman oğullarımızın qabağında heç bir erməni qüvvəsi dayana bilməz”.

Saytların yığılması Saytlarin yigilmasi

Ruhi Muradova
BiG.AZ

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button