2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan hökuməti “DQR-in tanınması” layihəsini parlamentə göndərdi

Bu gün Ermənistan hökuməti müxalifətdən olan deputatlar Zauru Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanan, qondarma “DQR”in tanınmasını nəzərdə tutan qanun layihəsinə baxıb.

Virtualaz.org xəbər verir ki, iclasda Ermənistan XİN-in rəyi qəbul edilib və qanun layihəsi parlamentə göndərilib. XİN-in rəyində deyilir ki, “DQR”in tanınmasına dair qanun layihəsinin qəbul edilməsi Ermənstanla Dağlıq Qarabağ arasında aparılmış müzakirələrin nəticəsidir.

İclasdan sonra layihənin müəlliflərindən olan Zauru Postancyan jurnalistlərə bildirib ki,hökumət bununla “DQR-in tanınması prosedurunu” başladıb.

Saytların yığılması Saytlarin yigilmasi

Növbəti mərhələdə parlament həmin qanun layihəsinə baxmalıdır. Və böyük ehtimalla bu,Ermənistanın “DQR-in tanına biləcəyi” barədə illərdir davam etdirdiyi tryuk-şantajın bir qədər təkmilləşdirilmiş formasıdır. İndiyədək iki dəfə parlamentə “DQR”-in tanınması barədə layihə təqdim edilib, ancaq Ermənistanın hakim partiyası layihəni heç müzakirəyə də çıxarmağa cəsarət etməyib. İndi belə görünür ki, İrəvanda bu məsələdə bir qədər irəli getməyi-hökumətin təqdimatı ilə məsələyə parlamentdə baxmağı qərara alıblar.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Dağlıq Qarabağın statusunun birtərəfli qaydada müəyyən ediləcəyini gözləmir və Ermənistanda iki deputatın irəli sürdüyü layihə ilə bağlı təşvişə əsas görmür.

Bəs Ermənistan parlamenti belə qərar versə, yəni layihəni təsdiqləsə nə olacaq? Bu zaman qərarın qüvvəyə minməsi üçün prezidentin imzası lazımdır. Bələkə Ermənistanda hesab edirlər ki, “DQR-in tanınması” tamaşasını bu qədər irəli aparıb məsələnin ancaq prezidentin imzasından asılı olduğu görüntüsünü yaratmaq daha effektiv olacaq?

Əgər belədirsə Ermənistanda möhkəm yanılırlar. Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyini” tanıması baş tutsa belə bunun beynəlxalq hüquq normaları baxımından heç bir dəyəri olmayacaq, bu haqda qərar kağız parçası olmaqdan uzaa getməyəcək. Əvəzində isə Ermənistanın bu qərarı Azərbaycana qanuni əsas verəcək ki, Minsk Qrupunun buraxılması barədə məsələ qaldırıb rəsmən danışıqlar prosesini tərk etsin. Habelə Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini ilhaq etmək barədə qərarını əsas götürüb işğalçı qüvvələri öz torpaqlarından qovmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Bu zaman beynəlxalq birlik Azərbaycanı danışıqlar masasına qaytarmaq üçün heç bir arqumentə malik olmayacaq.

Ermənistanda da bu ssenarini nəzərə alırlar və dəfələrlə Serj Sərkisyan özü bunu dilə gətirib. “DQR”-in tanınmasına ancaq Azərbaycanın müharibəyə başlaması halında gedilə biləcəyini deyib. Aprelin əvvəllərində gedən döyüşlərdən sonra Ermənistan danışıqlar prosesini dayandırıb və indi “DQR”-in tanınması tryuk-şantajını Azərbaycana qarşı çəkindirici taktika kimi istifadə etməyə çalışır. Azərbaycanın isə bu taktikadan təşvişə düşməsi üçün heç bir səbəbi yoxdur: əgər Ermənistan beynəlxalq hüquq normaları baxımından heç bir dəyəri olmayan qərarı qəbul edib onun məsuliyyətini üzərinə götürməyə cəsarət edəcəksə o zaman Azərbaycanın da işğal edilmiş torpaqlarını hərbi yolla azad etmək üçün diplomatik-siyasi müstəvidə əl-qolu tam açılmış olacaq…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button