2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Escobar adlı yeni Android virus bank tətbiqlərindən pulları oğurlayır

    İT təhlükəsizlik sahəsində fəaliyyət göstərən KELA şirkətinin mütəxəssisləri internetdə yeni bank troyanını (trojan) aşkar ediblər və həmin troyan məşhur kolumbiyalı narkotik qaçaqcısı Pablo Eskobarın şərəfinə adlandırılıb. Aşkar edilmiş bu yeni bank troyanı bütün dünya üzrə 200-ə yaxın bankın müştərilərinə ciddi təhlükə mənbəyi kimi çıxış edir. Məlumata əsasən yeni virus Aberebot adlı daha öncəki bank troyanının daha təkmilləşdirilmiş versiyasıdır. Sözügedən yeni virus Android cihazların sistemlərinə daxil olandan sonra həmin cihazları idarə edə, onların mikrofonları vasitəsilə səsləri yaza və kameraları vasitəsilə fotolar çəkə bilər. Məlumatda qeyd edilib ki, Escobar adlı virus bu və ya digər Android cihazın sisteminə daxil olandan sonra özünü 190 bank və kriptovalyuta portmanatından biri kimi maskalayır.

Saytların yığılması Saytlarin yigilmasi

    Bu üsul ilə o, istifadəçilərin login və şifrələrini əldə etməyə çalışır. Bundan əlavə olaraq virus cihazın bir çox daxili sistem imkanlarından istifadə icazəsini də tələb edir. Həmin imkanların arasında mesajların oxunması, GPS vasitəsilə cihazın yerləşdiyi yerin təyin edilməsi və s. var. Müxtəlif məlumatları yığandan sonra virus onları hackerlərin serverlərinə göndərir. Hackerlər isə öz növbələrində həmin məlumatlardan istifadə edərək istifadəçilərin pul vəsaitlərini oğurlayırlar. Mütəxəssislər bildiriblər ki, Escobar virusu cihaza həm fişinq SMS vasitəsilə həm də digər bir tətbiq kimi maskalanaraq daxil ola bilər. Bu cür virusun sistemə daxil olmasının qarşısını almaq üçün istifadəçilərə kənar mənbələrdən APK faylların yükləməmələri məsləhət görülüb.

24 saat” “Escobar adlı yeni Android virus bank tətbiqlərindən pulları oğurlayır” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button