2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Estoniya Müdafiə Nazirliyi: Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək

Finlandiyanın NATO-ya qoşulmasından sonra Estoniya ilə birgə sahil müdafiəsini birləşdirəcəklər. Bu da Rusiya hərbi gəmilərinin Baltik dənizinə çıxışını bağlayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “İltalehti” qəzetinə müsahibəsində Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

“Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin genişliyini aşır”, – Pevkur bildirib.

Pevkur Finlandiyanın müdafiə naziri ilə görüşdə ölkələrin müdafiəsini birləşdirmək və məlumat mübadiləsi aparmaqla bağlı razılıq əldə etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, birgə raketdən müdafiə sistemi Finlandiya körfəzini Rusiya hərbi gəmiləri üçün bağlayacaq . “Finlandiya və İsveç ittifaqa daxil olandan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək”, – Pevkur vurğulayıb.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsi fonunda bitərəf statuslarından imtina edərək NATO-ya üzv olmaq qərarına gəliblər. Onların alyansa daxil olması təşkilata üzv olan 30 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir.

Avqustun 4-nə olan məlumata görə, 23 dövlət yeni üzvlər haqqında sazişi ratifikasiya edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button