2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Ətçəkən maşın” ili : Rusiyanın 2023-cü ildə Ukraynadakı itkiləri haqqında nə bilirik?

Dekabrın sonunda biz Ukrayna müharibəsi başlayandan indiyə kimi həlak olan 40 mindən çox rusiyalı hərbçinin adını müəyyən edə bilmişik.

Onlardan 15 min 520-si keçən il, ən azı 24 min 100-ü isə bu il ölüb. Rusiya ordusunun real itkiləri daha böyükdür və hətta bu məlumatlar da Rusiya ordusunun müharibə zamanı vəziyyəti haqqında müəyyən nəticələr çıxarmağa kömək edir.

Saytların yığılması Saytlarin yigilmasi

Amma cəbhəyə hazırlıqsız göndərilənlər təkcə məhbuslar deyil. Kursk vilayətinin 46 yaşlı sakini İlya Konontsov bu il oktyabrın 25-də könüllü kimi müharibəyə gedib.

“Mənim üçün vətənimi müdafiə etmək və düşməni darmadağın etmək şərəfdir”, – Konontsov yeni dəbilqə və hərbi forma alarkən yerli televiziya kanalına verdiyi müsahibəsində deyib. Amma onun yeni hərbi təchizata öyrəşmək üçün çox az vaxtı olub: noyabrın 5-də o, müharibədə həyatını itirdi.

Oxşar hekayələrlə dərc edilmiş yüzlərlə nekroloqa baxsaq, hərbi hissələrin komplekləşdirilməsi üçün cəbhəyə göndərilənlərin hazırlanması prosesi indi cəmi bir neçə gün çəkir. Müqayisə üçün qeyd edək ki, Əfqanıstana göndərilməzdən əvvəl SSRİ-də çağırışçı əsgərlər 4 aydan 6 aya qədər təlim keçirdi.

Bir yerə toplanmış minlərlə nekroloq Ukraynayla, demək olar ki, iki il davam edən müharibədə orta statistik rusiyalı döyüşçünün obrazının necə dəyişdiyini göstərir.

Keçən il BBC tərəfindən ölümü təsdiqlənə bilən tipik Rusiya əsgərinin təxminən 21 yaşı var idi və o, müqavilə əsasında xidmət edən əsgər idi – çox vaxt desantçı, moto-atıcı və ya dəniz piyadası.

Bu il Ukraynada öldürülən tipik rusiyalı döyüşçü həbsxanadan birbaşa cəbhəyə yollanan 34 yaşlı məhbusdur. Və əgər ötən il məhbusların əksəriyyəti muzdlu “Vaqner” dəstəsi tərəfindən cəlb olunurdusa, 2023-cü ilin fevralından bu işlə müstəsna olaraq, Müdafiə Nazirliyi məşğul olur.

Qərb analitikləri hesab edirlər ki, məhbuslardan formalaşan bölmələrin əhəmiyyəti getdikcə azalacaq. Ancaq bu il Vaqnerin tərkibində döyüşən məhbuslar Baxmutun alınmasında həlledici rol oynadılar, “Ştorm Z” dəstələri isə Rusiya qoşununun Rabotino (Zaporojye vilayəti) və Avdeyevka (Donetsk vilayəti) yaxınlığındakı hücumunun mühüm hissəsi idi.

Hərbi komandanlıq isə indi, əksinə, müharibənin birinci ilində sağ çıxan desantları və xüsusi təyinatlıları qorumağa çalışır, onlardan mövqe tutmaq və snayper əməliyyatları aparmaq üçün istifadə edir. Ekspertlərin fikrincə, dəyərli mütəxəssislər indi yalnız əlverişli şərait olduqda hücuma göndərilir.

Rusiya bütün müharibə boyu ən böyük itkiləri bu ilin qışında – Donbasda hücum cəhdi zamanı verib. Dekabrın ortalarından mart ayına qədər itkilərin artım tempi 2022-ci ilin orta göstəricisindən iki dəfə çoxdur.

BBC döyüşlərin onlarla saatlıq videogörüntülərini təhlil etdikdən sonra Rusiya qüvvələrinin böyük itkilərinin səbəblərindən birinin açıq-aşkar taktiki səhvlər olduğuna dair sübutlar tapıb.

Məsələn, bir sıra videoda 155-ci dəniz piyada briqadasının döyüşçülərinin heç bir əlavə dəstək almadan Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinə açıq yerdən üzbəüz hücuma keçməyə cəhdi göstərilir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button