2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Evinizi daha isti saxlamağa kömək edəcək tədbirlər

BBC müxbiri Chris Baraniuk-un yazısı elə bu barədədir.

İngiltərənin paytaxtı Londonda tək yaşayan təqaüdçü Patsi Pope keçən qış isinməyə çalışarkən ayaqlarını və kürəyini vuran soyuq hava hiss edirdi. Yaşadığı sosial evin pəncərəsinin kənarlarından soyuq hava axını içəri daxil olurmuş. Həmin ilin dekabrında havanın temperaturu sıfır dərəcəyə enmişdi. Lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra enerji qiymətləri artdığından istilik xərcləri də şişmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Onun bu məsələdə təcrübəsi bəzi sadə üsullarla evin içərisində temperaturun necə artırıla biləcəyini göstərir. Sosial şəbəkələrdə belə məsləhətlər verən onlarla video var.

Bununla belə, “insanlar hansı üsulu seçməlidirlər və niyə” sualına uyğun az elmi məlumat var. Bundan başqa, tez-tez xatırlanan bəzi, məsələn, otağı şamlarla qızdırmaq kimi fikirlər də təhlükəli ola bilər. Əlbəttə, soyuq iqlim şəraitində, qışda istilik sisteminə sahib olmamaq tövsiyə edilmir. Bununla belə, sözügedən sistemin səmərəliliyini bir qədər artırmaq mümkündür.

Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə enerji yoxsulluğu da artan problemdir. Enerji yoxsulluğu ilə mübarizə aparan bir təşkilat olan End Fuel Poverty Coalition, keçən il İngiltərədə təxminən 5 min insanın soyuq evlərində öldüyünü təxmin edir. Bu rəqəmlər əvvəlki qışla müqayisədə təxminən 50 faiz artım deməkdir.

ABŞ-da Enerji İnformasiya İdarəsi bildirir ki, ev təsərrüfatlarının 27 faizi enerji sabitsizliyindən əziyyət çəkir ki, bu da təxminən 34 milyon ev təsərrüfatına bərabərdir.

Qənaətli isitmə üsulları və qənaət etməyin yolları haqqında bilməli olduğumuz məlumatları bir araya gətirmişik.

“Bu ucuz və ya pulsuz üsullardan bəziləri haqqında kifayət qədər məlumat yoxdur”, – Qlobal innovasiyaları dəstəkləyən, Böyük Britaniyada yerləşən Nesta fondunun davamlı gələcəklər üzrə direktor müavini Katy King deyir. Keçən il Nesta insanların, məsələn, radiatorların arxasına folqa qoymaq və ya pəncərələrə plyonka çəkməklə əldə edə biləcəyi kilovat-saat qənaətini hesablayıb.

Tipik bir Britaniya evinin enerji istehlakında gözlənilən dəyişikliyə əsaslanan bu rəqəmlər göstərir ki, kombidən radiatorlara gedən suyun temperaturunu 60°C-yə qədər endirilməsi ildə 43 funt-sterlinq (55 dollar) qənaət edəcək. King deyir ki, kombi suyunun temperaturu daha da aşağı salınarsa, bu qənaət artacaq.

Pəncərə plyonkaları da əksər evlərə 40 funt sterlinqə (51 dollara) qədər qənaət edə bilər. Bu rəqəmlər Böyük Britaniyada 2023-cü ilin payızında enerji xərclərini əks etdirir. Lakin ABŞ Enerji Departamentinin ehtimalına görə, pəncərələrdən keçən istilik binaları qızdırmaq və soyutmaq üçün istifadə olunan enerjinin təxminən 25-30 faizini təşkil edir.

Ancaq Nesta-nın araşdırması göstərir ki, radiatorların arxasına folqa qoymaqla o qədər də qənaət əldə edilmir. Bu, yalnız qaz və ya yanacaq istilik sistemləri olan evlərdə xarici izolyasiya edilmiş divarlarda işləyir. Bununla belə, içəri sızan soyuq havanın azaldılmasına xeyli təsiri ola bilər.

Həmçinin hesab edilir ki, termostatda temperaturu 20°C-dən 19°C-yə endirməklə 100 funt-sterlinqdən (127 dollardan) artıq qənaət etmək olar. Evdə isti geyim də ilboyu xərcləri azalda bilər.

Tədqiqatlar göstərir ki, pulsuz və ya ucuz tədbirlər vasitəsilə il ərzində bir neçə yüz funt-sterlinqə qənaət etmək olar.

Pul qənaət etməyin bir çox başqa yolları da var. Məsələn, isitməni yaxşılaşdırmağın yaxşı bir üsulu da radiatorların ventilyasiyasıdır.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button