Loading...
Loading...
Texnologiya

EyeDetect adlı texnologiya gözlərin skanı vasitəsilə yalanı yüksək dəqiqliklə təyin edə bilir (VİDEO)

    ABŞ-ın Converus şirkəti EyeDetect adlı texnologiyasını anons edib. Sözügedən texnologiya ənənəvi poliqrafı əvəz etmək üçün nəzərdə tutulub. Belə ki, bu texnologiya insan gözünü skan edərək insanın yalan danışıb-danışmadığını 88% dəqiqliklə təyin edə bilir. Şirkət təsisçisinin verdiyi məlumata əsasən o, bu texnologiya vasitəsilə çoxlu sayda dövlət məmurunu yalan üzərində yaxalayıb. EyeDetect skanından keçmək üçün şübhəli bilinən şəxsi kompüter qarşısında suallardan ibarət test ilə birlikdə yerləşdirmək lazımdır. Test suallarının cavablandırılması zamanı göz hərəkətlərinin analizi üçün infraqırmızı kameradan istifadə edilir. Cihaz hər saniyə ərzində göz almalarının 60-a yaxın qeyri-iradi xüsusiyyətlərini təyin edir.

    Bura həmçinin göz bəbəyinin diametrinin dəyişilməsi, gözlərin açılıb-yumulması və fokuslanması da daxildir. Test bitdikdən sonra isə cihazın sistemi əldə edilmiş məlumatları analiz edir və 5 dəqiqə ərzində yekun nəticəni təqdim edir. Bütün proses 15 dəqiqə davam edir. Ənənəvi yalan detektorları və deduktiv üsullar vasitəsilə isə yekun nəticəni əldə etmək üçün 90 dəqiqədən 5 saata kimi vaxt lazım olur. Bununla yanaşı ənənəvi üsulların istifadəsi zamanı əldə edilmiş məlumatların daha detallı analizlərini aparmaq lazım olur. Bu isə yekun nəticənin əldə edilmə zamanını həftələrə kimi uzada bilər. Converus şirkəti bildirib ki, onun artıq 50 ölkədən ümumilikdə 600-dən çox müştərisi var. Müştərilər arasında isə əsasən hüquq-mühafizə orqanları, hüquqşünaslar, fərdi detektivlər və s. yer alırlar. 

Gözdən qaçırmayın:  Məşhur jurnalist: 'iPhone 14 Pro və iPhone 14 Pro Max-da Always on Display funksiyası reallaşdırılacaq'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button