Siyasət
Fərid Şəfiyev: “Ermənistanla problemlər bundan sonra hərbi yox, elmi və hüquqi müstəvidə davam edəcək”
![](https://www.az24saat.org/wp-content/uploads/2023/11/fc999rid-sc999fiyev-ermc999nistanla-problemlc999r-bundan-sonra-hc999rbi-yox-elmi-vc999-huquqi-mustc999vidc999-davam-edc999cc999k.jpg)
“Bundan sonra Ermənistanla olan problemlər hərbi müstəvidə yox, elmi, media və hüquqi müstəvidə davam edəcək”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev “Laçın-Xankəndi yolu ətrafında mübahisələr” adlı hesabatın təqdimatında deyib.
Onun sözlərinə görə, ermənilər hələ də Azərbaycana qarşı kampaniya aparır, ölkəmizi erməni əhalini zorla köçürməkdə ittiham edirlər: “Bizim də iddialarımız var, zərər çəkmişik, torpaqlarımız işğal olunub. Ermənilərin bu hərəkətləri göstərir ki, onlar müharibəni davam etdirmək istəyirlər”.
Mənbə:Report