2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

FED-in son qərarından sonra Mərkəzi Bank manatı hansı səviyyədə qoruya biləcək?

Vüqar Bayramov: “Manatın məzənnəsi və Azərbaycan iqtisadiyatı üçün Federal Ehtiyat Sisteminin uçot dərəcəsini və bank faizini qaldırılması qərarı arzuolunan deyildi”

 
“Növbəti günlərdə Azərbaycan Mərkəzi Bankının Federal Ehtiyat Sisteminin son qərarına hansı dərəcədə hazır olduğunu müəyyənləşdirmək mümkün olacaq”
Bu sözləri iqtisadçı – ekspert Vüqar Bayramov dünən Birləşmiş  Ştatların Federal Ehtiyat Sisteminin uçot dərəcəsini və bank faizini qaldırması qərarını PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi dünən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25-0,50% artırıb. Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib. Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb. Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin faiz dərcəsin qaldırması manata necə təsir edə bilər? Həmçinin ehtimal edilir ki, Mərkəzi Bank dolların uçot dərəcəsi qaldırıldıqdan sonra bir müddət gözləmə mövqeyi tutacaq. Yalnız bu müddətdən sonra bank faziləri tədricən qalxmağa başlayacaq. Mərkəzi Bank bank faizlərinin qalxmasında bir maksimal və yaxud minimal hədd qoya bilər?
Bu mövzu ilə iqtisadçı Vüqar Bayramov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.
 

Vüqar Bayramov: “Federal Ehtiyat Sisteminin uçot dərəcəsin qaldırması qərarı manata təzyiqi artıracaq”.

İqtisadçı ekspertin fikrincə, Federal Ehtiyat Sisteminin uçot dərəcəsin artırmaq qərarından sonra və 2017-ci ildə yeni addımların olacağı anonsundan sonra güman olunur ki, Mərkəzi Bank liberal məzənnə siyasətinə keçidi sürətləndirsin:
“Birləşmiş  Ştatların Federal Ehtiyat Sisteminin qərarı beynəlxalq qərar olsa da belə, bütün hallarda manatın məzənnəsinə təsir göstərir. Federal Ehtiyat Sisteminin  qərarı həmçinin inkişaf etməkdə olan ölkələrin valyuta məzənnələrinə də təsir göstərir. Manatın məzənnəsi və Azərbaycan iqtisadiyatı üçün Federal Ehtiyat Sisteminin uçot dərəcəsini və bank faizini qaldırılması qərarı arzuolunan deyildi. Çünki bir tərəfdən inkişaf etməkdə olan ölkələrin valyutalarına, o cümlədən manata olan təzyiq artır. Bildiyimiz kimi dollar artıq dünya bazarında möhkəmlənməkdədir və həmçinin Federal Ehtiyat Sistemi son qərarın açıqlayandan sonra dolların avroya nisbətən məzənnəsində artımlar müşahidə edilməyə başladı. İngiltərə Funt sterlinq də dollara nisbətən məzənnə itirdi.
Göründüyü kimi dollar dünya bazarında bahalaşmaqda davam edir. Bahalı dollar həm də strateji məhsulların qiymətlərinin ucuzlaşması anlamına gəlir. Biz neft bazarında da qiymət azalmaları müşahidə etməkdəyik. Texas markalı neftin 1 barrelinin qiyməti 51 dollardan aşağı düşüb. Brent markal neftin 1 barrelinin qiyməti isə 54 dollara yaxındır. Bütün hallarda istər 51 dollar, istərsə də 54 dollar Federal Ehtiyat Sisteminin son qərərından sonra heç də məqbul qiymət hesab olunmur. Çünki son hadisələr göstərir ki, dünya bazarındakı dəyişikliklər nəticə etibarı ilə neftin qiymətinə təsir göstərir. Federal Ehtiyat Sisteminin uçot dərəcəsin qaldırması qərarı manata təzyiqi artıracaq. Onsuzda manata psixoloji təsir var idi. Çünki bazardakı oyunçular da Federal Ehtiyat Sisteminin hansı qərarı qəbul edəcəyin gözləyirdilər.

Vüqar Bayramov: “Mərkəzi Bank yeni strategiya tətbiq etməsə və valyuta bazarındakı psixoloji gərginliyi aradan qaldırmasa, bu zaman biz manatın məzənnəsindəki azalmalar tempini müsahidə edəcəyik”.

Güman olunur ki, bu qərar dollara olan tələbatı artıracaq. Yəni həm vətəndaşların, həm də sahibkarların dollar yığımında axınlar olacaq. Bütün bunlara görə son nəticə etibari ilə  manata təzyiqin artırılacağı gözləniləndir. Hələ Federal Ehtiyat Sistemi yığıncağa başlayanda mən qeyd etmişdim ki, Mərkəzi Bank bütün ssenarilərə hazır olmalıdır. Növbəti günlərdə Azərbaycan Mərkəzi Bankının Federal Ehtiyat Sisteminin son qərarına hansı dərəcədə hazır olduğunu müəyyənləşdirmək mümkün olacaq. Birmənalı şəkildə Mərkəzi Bank mövcud alətlərdən istifadə etməklə Federal Ehtiyat Sisteminin qərarından sonra manata aratacaq psixoloji təzyiqi azaltmağa çalışmalıdır. Əks halda Mərkəzi Bank yeni strategiya tətbiq etməsə və valyuta bazarındakı psixoloji gərginliyi aradan qaldırmasa, bu zaman biz manatın məzənnəsindəki azalmalar tempini müsahidə edəcəyik.
Azərbaycan Mərkəzi Bankının son rəsmi açıqlamaları onu göstərir ki, artıq liberal məzənnə siyasətinə keçidə hazırlaşırlar. Federal Ehtiyat Sisteminin uçot dərəcəsin artırmaq qərarından sonra və 2017-ci ildə yeni addımların olacağı anonsundan sonra güman olunur ki, Mərkəzi Bank liberal məzənnə siyasətinə keçidi sürətləndirsin. Yəni Mərkəzi Bank tənzimlənən məzənnədən, liberal məzənnəyə keçidi sürətləndirəcək. Kredit faizləri və digər faizlər isə birbaşa kommersiya bankları tərəfindən tənzimlənir. Amma Mərkəzi Bank da sosial karta baxıb bank faizlərinin qalxmasında bir maksimal və yaxud minimal hədd müəyyənləşdirə bilər.  Onu da nəzərə almaq lazımdır ki, indiki halda Məkəzi Bankın valyuta bazarına təsiri ciddi deyil. Bu baxımdan Mərkəz Bank digər alətlərdən istifadə etməklə manata olan təzyiqləri azaltmalıdır”.
Nərminə UMUDLU
pia.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button