2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

FED üzvləri daha sürətli faiz artırılmasını tələb edir

ABŞ Federal Ehtiyat Sisteminin 2 üzvü – Boston FED-in rəhbəri Erik Rosenqren (Erik Rosengren) və San-Fransisko FED-in başçısı Con Uilyams (John Williams) iqtisadiyyatın maksimal iş yerləri ilə təmin olunması və 2%-li inflyasiya hədəfinə yaxınlaşması ilə uçot dərəcəsinin daha sürətlə artırılması zərurətini vurğulayıb.

E.Rosenqren iqtisadi artımın çox sürətlənməsini önləmək üçün 2017-ci ildə faizlərin 4 dəfə yüksəldilməsinə ehtiyac ola biləcəyini bildirib. Həmçinin, C.Uilyams faizləri 3-dən çox iclasda artırıla biləcəyini qeyd edib. FED üzvlərinin mart ayının ortalarına olan ortalama proqnozları 2017-ci ildə daha 3 iclasda faizlərin artırılacağını göstərib. Boston FED-in rəhbəri iqtisadi göstəricilərdə hər hansı mənfi trend müşahidə olunmasa iyun, sentyabr və dekabr aylarında faizlərin artırıla biləcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bloomberg” agentliyinə verdiyi açıqlamalarda E.Rosenqren iqtisadiyyatın idarə edilə biləndən daha sürətli inkişaf templərinin qarşısını almaq üçün 3-dən də çox faiz artımı ola biləcəyini deyib.

(report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button