2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Milli Məclis İlham Əliyevin təqdimatını bir oxunuşda qəbul edib

Fevralın 23-də Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin sabiq Ədliyyə naziri Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

Müzakirələrdən sonra ölkə başçısının təqdimatı səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra Fikrət Məmmədov and içib. Beləliklə, o, Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Fikrət Məmmədov 1994-2000-ci illərdə Baş prokurorun müavini olub.

2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edilib.

Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunub.

2005-ci ildə Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçirilib.

Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərin qalibi olan İlham Əliyevin fevralın 14-də keçirilən inauqurasiyasından sonra Nazirlər Kabineti qanunvericiliyə uyğun olaraq istefa verib.

Nazirlər Kabinetinin yeni tərkibində isə Ədliyyə naziri Fikrət Məmmədov yer almayıb.

Həmin vəzifənin müvəqqəti icrası Ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button