2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Filippində 6,8 bal gücündə zəlzələ baş verib

class=”mediyanet-inline-adv”>

Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada yerli vaxtla saat 16.14-də ölkənin cənubundakı Mindanao adasının sahillərində 6,8 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Bildirilib ki, episentri Sarangani şəhərindən 34 kilometr cənub-qərbdə olan zəlzələ 72 kilometr dərinlikdə qeydə alınıb. Bildirilib ki, zəlzələ Mindanao adasının yaxın ərazilərində, o cümlədən General Santos şəhəri, Cənubi Kotabato və Davao del Sur əyalətlərində güclü hiss olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Artçı təkanların ola biləcəyi bildirilsə də, sunami xəbərdarlığı edilməyib. Zəlzələ anları bir çox nöqtədə kameralara düşüb. Tikilməkdə olan binadan parçalar düşərkən, ticarət mərkəzində böyük dağıntılar müşahidə edilib. Can itkisi olmayıb.

Digər tərəfdən, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu ilk olaraq zəlzələnin maqnitudasını 7,2 olaraq açıqlayıb.

Sakit Okeanın Atəş Halqasında yerləşən Filippin zəlzələ, sunami və vulkan püskürmələrindən ən çox zərər çəkən ölkələrdən biri kimi tanınır.

2023-11-17 16:33:31

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button