Fitch: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9.25%-ə çatdıracaq
![Azərbaycan Mərkəzi Bankı ilin dördüncü faiz qərarını verir – Daha bir 25 baza bəndlik artım?](https://www.az24saat.org/wp-content/uploads/2023/06/Azərbaycan-Mərkəzi-Banki-ilin-dorduncu-faiz-qərarini-verir-–-Daha-717x470.jpg)
“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib.
“Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9.25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin aprel proqnozu ilə eynidir.
Agentlik əvvəlki hesabatında bildirmişdi ki, inflyasiyaya təsir edən qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2.5-3.0% səviyyəsindən yüksək olaraq qalacaq.
“Fitch Solutions” həmçinin, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağını müəyyən edib.
Qeyd edək ki, hazırda AMB-nin uçot faiz dərəcəsi 9.0%, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10.0% təşkil edir. AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını iyulun 26-da açıqlayacaq.