2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

FTX Solovyovu ‘öldürmək istəyənlərin’ tutulduğunu iddia edir

Solovyov Rusiyada ən qatı teletəbliğatçılardan və Ukrayna ilə müharibənin ideoloqlarından biridir
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rossiya dövlət telekanalının aparıcısı Vladimir Solovyovu Ukraynanın milli təhlükəsizlik xidməti – SBU-nun tapşırığı ilə öldürməyi planlaşdıran “neonasist” qrupunun həbs olunduğunu xəbər verib.
Bu barədə məlumat FTX-nin yaydığı press-relizdə verilir.
FTX iddia edir ki, saxlananlar Rusiyada qadağan olunmuş National Socialism/White Power qruplaşmasının üzvləridirlər.
Bu da qeyd olunur ki, Rusiya vətəndaşları olan bu şəxslərdən “əldəqayırma partladıcı cihaz və səkkiz Molotov kokteyli, altı PM tapançası, kəsmə ov tüfəngi, RGD-5 qumbarası, mindən çox patron, narkotik maddələr və saxta Ukrayna pasportları” tapılıb.
“Rusiyanın Gebbels analoqu”
SBU bu məlumata cavab olaraq bildirib ki, onlar sistemli şəkildə Ukraynanın təhlükəsizliyini gücləndirməklə məşğuldurlar və “Rusiya xüsusi xidmətlərinin Rusiya auditoriyası üçün uydurduğu fantaziyaları” ciddi şəkildə şərh etmək fikrində deyillər:
“Solovyov ictimai xadim yox, adi təbliğatçıdır – Gebbelsin Rusiya analoqudur və Ukraynanın qələbəsindən sonra öz cinayətləri üçün beynəlxalq məhkəmələr qarşısında cavab verəcəkdir”.
Hələ FTX-nin rəsmi məlumatından əvvəl Rusiya prezindenti Vladimir Putin bu haqda danışmışdı.
O demişdi ki, bu sui-qəsd planının arxasında xarici kəşfiyyat xidmətləri dayanır:
“Onlar indi əlbəttə, bunu boyunlarından atmağa çalışacaqlar, amma faktlar və təkzibedilməz sübutlar var”.
Putinin sözlərinə görə Qərb ölkələri “öz vətəndaşlarını aldadırlar, amma burda Rusiya ərazisində iflasa uğrayırlar və buna görə də terrora keçmək qərarına gəliblər”.
Vladimir Solovyov aprelin 23-də öz proqramında demişdi ki, “Zelenski ondan şikayətlənir və bu barədə ölçü götürülməsini istəyib”.
Lukaşenka dəst-xətti
Solovyov Rusiyada ən qatı teletəbliğatçılardan və Ukrayna ilə müharibənin ideoloqlarından biridir.
Amma 2008-ci ildə Solovyov başqa cür danışırdı:
“Rusiyanın Ukrayna ilə heç bir müharibəsi olmayacaq. Çünki bunu etmək istəyən adam cinayətkar olardı”.
Solovyovun adı Avropa İttifaqının, Britaniyanın, Kanada və Avstraliyanın sanksiya siyahılarına salınıb.
2021-ci ilin iyulunda Belarusun dövlət telekanalları efirə “Belarus vətəndaş özünümüdafiə dəstələri” barədə süjet vermişdi.
Süjetdə bildirilirdi ki, guya Belarusda “destruktiv özəklər” aşlar olunub və guya “Belarusun düşmənləri” barədə materiallar hazırlayan iqtidaryönlü jurnalist Georgi Azarenkoya qarşı sui-qəsd planlarının üstü açılıb.
Alyaksandr Lukaşenka deyirdi ki, “marığa yatan terror dəstələri” aşkar olunub və ölkəyə qarşı Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya bağlı “terror” aktları hazırlanır.

24 saat” “
FTX Solovyovu ‘öldürmək istəyənlərin’ tutulduğunu iddia edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button