2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Gələn il ABŞ-da elektromobillər üçün naqilsiz şarj sisteminə sahib nəqliyyat yolu istifadəyə veriləcək

    Gələn il ABŞ-ın Detroyt şəhərində elektromobilləri naqilsiz şarj ilə təmin edəcək avtomobil yolu istifadəyə veriləcək. Perspektiv cəhətdən sözügedən sistem avtobuslar üçün ayrılmış yol xətləri və ya tıxacların daha çox yarandıqları yol sahələri üçün faydalı ola bilər. Sözügedən layihə İsrailin Electreon adlı şirkəti tərəfindən hazırlanır və elektromobilləri naqilsiz şarj ilə təmin edəcək yolun inşasının 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. İstifadəyə veriləcək ilk test yolunun uzunluğu cəmi 1.6 km təşkil edəcək. Məlumdur ki, istifadəyə veriləcək yolun alt hissəsində şarj prosesi üçün nəzərdə tutulmuş induksiya bobinləri yerləşdiriləcək. Onlar isə öz növbələrində elektrik şəbəkəsinə qoşulu olacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

    İnduksiya bobinlərindən enerjinin əldə edilməsi üçün elektromobillərə xüsusi resiver lazım olacaq. Bu sistem əhatə etdiyi sahədə xüsusi qəbuledici resiver olmadan çalışmır və ətrafdakı insanlar üçün heç bir təhlükə daşımır. Elektromobilin bu cür yoldan nə qədər enerji əldə edəcəyi isə elekromobilin öz konstruksiyasından və onun hansı sürətlə hərəkət etməsindən asılı olacaq. Təbii ki, bu cür yol elektromobilin batareyasını belə qısa yol məsafəsində tam şəkildə şarj edə bilməyəcək. Lakin bununla belə bu cür yol elektromobilin ən yaxın şarj stansiyasına çatması üçün kifayət edəcək enerji səviyyəsini təmin edəcək.

    Electreon şirkətinin təmsilçilərinin fikirlərinə əsasən şarj üçün nəzərdə tutulmuş induksya bobinlərinin ictimai nəqliyyat üçün ayrılmış yol xətlərində quraşdırılması daha məqsədəuyğundur. Belə ki, həmin yol xətlərində nəqliyyat axını daimi olur. Bundan əlavə olaraq bu cür sistem tıxacların çox olduqları yollarda da faydalı ola bilər. Belə ki, bu halda elektromobil tıxacda dayandığı halda öz batareyasını şarj edə bilər. Onu da qeyd etmək lazımdır ki, şarj prosesi heç də pulsuz olmayacaq. Şarj prosesi bitdikdən sonra sürücü onun üçün təyin edilmiş qiymət göstəricisini əldə edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button