2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gənc fəal Ayşən Muradova  “Abzas Media işi” ilə əlaqədar dindirilib

Sosial Hüquqlar Mərkəzinin əməkdaşı Ayşən Muradova bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Muradova jurnalistlərə deyib ki, o, “Abzas Media” işi üzrə 2,5 saat ərzində şahid qismində dindirilib.

Gənc fəalın  sözlərinə görə, ona polis idarəsində heç bir psixoloji və fiziki təzyiq göstərilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

2023-cü ilin noyabr ayından etibarən Abzas Media ilə əlaqəli 7 jurnalist və media işçisi həbs edilib.

Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar. Media nümayəndələri ittihamları rədd edir və cinayət işini korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button