2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Geekbench testləri sayəsində Xiaomi Mix 5 Pro flaqman smartfonu barəsində məlumatlar ortaya çıxıb

    Xiaomi şirkətinin gələcək flaqman smartfonu olacaq Xiaomi Mix 5 Pro-nun sahib olacağı texniki özəlliklər barəsində məlumatlar Geekbench bençmark saytının məlumatlar bazasında ortaya çıxıb. Bir neçə müddət bundan öncə Thor kod adına və 2203121C model nömrəsinə sahib cihaz Geekbench-də ortaya çıxmışdı. Son məlumatlara əsasən isə Xiaomi Mix 5 Pro smartfonu məhz Thor kod adına və  2203121C model nömrəsinə sahibdir.

    Geekbench-dəki məlumatlara əsasən smartfon Snapdragon 8 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən keçmiş Xiaomi Mix 5 Pro modeli 12 GB RAM ilə təchiz olunub. Beləliklə smartfon Geekbench-in birnüvəli testində 1267 xal, çoxnüvəli testində isə 3456 xal toplayıb. Əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, yeni flaqman smartfon 2K keyfiyyətində ekran, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera və 200 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Mix 5 Pro artıq bu ay adi Mix 5 ilə birlikdə təqdim oluna bilər. 

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button