Loading...
Loading...
Texnologiya

Google istifadəçinin istəyinə əsasən onun konfidensial məlumatlarını öz axtarış sistemindən siləcək

    Google şirkəti öz axtarış sisteminin konfidensiallıq siyasətində dəyişikliklər etdiyini elan edib. Reallaşdırılmış dəyişikliklərin hesabına istifadəçilər Google axtarış sistemindən özləri barədə daha çoxlu sayda məlumatları silə biləcəklər. Bundan sonra istifadəçilər Google-a müraciət edərək öz yaşayış yerlərini ortaya çıxaran və ya hansısa istifadəçi hesablarına yönləndirən məlumatların olduqları veb səhifələrin silinməsini tələb edə bilərlər. Şirkətin bəyanatında qeyd edilib ki, Google istifadəçilərə konfidensiallıq məsələsində daha çox imkanlar vermək istəyir. Belə ki, internetin daimi inkişafı fonunda axtarış sorğuları əsasında bu və ya digər şəxsin ünvanının və ya telefon nömrəsinin təqdim edilməsi ciddi təhlükəyə səbəb ola bilər.

    Məlumata əsasən istifadəçilər Google-a müraciət edərək özləri barəsində müxtəlif məlumatların veb səhifələrdən silinməsini tələb edə bilərlər. Bu cür məlumatların arasında həmçinin sosial sığorta nömrələri, bank kartı nömrələri, əlyazma imzalarının əks olunduqları təsvirlər, şəxsiyyəti təsdiq edən sənədlərin təsvirləri, özəl tibbi məlumatlar və özəl kontakt məlumatları (ünvan, telefon nömrəsi, elektron poçt) daxildir. Google həmçinin intim, pornoqrafik xarakterli təsvirlərin və o cümlədən zorakılığın əks olunduğu səhnələrin silinməsinə də söz verib.

    Axtarış sorğuları əsasında ortaya çıxan fərdi məlumatları silmək istəyən istifadəçi Google-a xüsusi URL ünvanları təqdim etməlidir. Söhbət, istifadəçinin konfidensial məlumatlarına yönləndirən URL ünvanlardan gedir. Bundan əlavə olaraq istifadəçi müvafiq linklərin ortaya çıxdığı axtarış səhifələrini də təqdim etməlidir. Bununla belə Google bildirib ki, sözügedən məlumatların Google axtarış sistemindən silinməsi həmin məlumatların əlçatan olmayacaqları demək deyil. Buna görə də konfidensial məlumatları digər üsullar vasitəsilə yenə də əldə etmək mümkün olacaq. Buna misal olaraq digər axtarış sistemlərindən istifadəni gətirmək olar.

Gözdən qaçırmayın:  Eyni Whatsapp hesabını 2 fərqli smartfonda işə salmaq mümkün olacaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button