2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Gözlənilən təsdiq ABŞ-dan gəldi: F-16 Ukrayna üçün yaxşı xəbər

2023-08-18 14:24:08

class=”mediyanet-inline-adv”>

ABŞ Rusiyaya qarşı müdafiə gücünü artırmaq üçün Ukraynaya Amerika istehsalı olan F-16-ların göndərilməsinə razılıq verib. ABŞ rəsmisi tərəfindən verilən açıqlamada, dövlət katibi Antoni Blinkenin danimarkalı və hollandiyalı həmkarlarına məktublar göndərərək, F-16-ların Ukraynaya göndərilməsi ilə bağlı tələblərinin təsdiqlənəcəyinə dair zəmanət verdiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ, Danimarka və Hollandiyanın qəbul etdiyi qərara görə, ukraynalı pilotların təlimi başa çatdıqdan sonra ölkəyə döyüş təyyarələri göndəriləcək.

Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra məsələ ilə bağlı açıqlamasında Vaşinqtonun F-16 döyüş təyyarələrini Ukraynaya göndərmə qərarını alqışladıqlarını ifadə edərək, “Avropalı tərəfdaşlarımızla məsələni daha ətraflı müzakirə edəcəyik” deyib.

Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jensen açıqlamasında yaxın müttəfiqləri ilə məsələni müzakirə etdiklərini və tezliklə daha konkret addımların atılacağını gözlədiklərini bildirib.

ABŞ prezidenti Co Bayden ukraynalı pilotların may ayında F-16 təhsili almasına icazə verib və Danimarkada 11 ölkə ukraynalı pilotlara F-16 təlimi verməyə başlayıb. Danimarka və Hollandiya pilotların hazırlanması, təyyarələrin saxlanması və F-16-ların Ukraynaya göndərilməsi kimi beynəlxalq səylərə rəhbərlik edirlər.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button