2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Gülər Əhmədovaya deputat pensiyası təyin edilməsi qanunsuzdur

Milli Məclisin keçmiş üzvü Gülər Əhmədovaya deputat pensiyası təmin olunacaq. Bu barədə Gülər Əhmədovaın vəkili Adəm Məmmədov məlumat yayıb.

24saat.org xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında“ Qanunun 30-cu maddəsinə (Deputatın səlahiyyət müddəti bitəndən sonra təminatları) ziddir.
Vəkil Trend-ə bildirib ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə qərar elan olunub.

Məhkəmənin qərarı ilə Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci qrup əlillik təyin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib.

24saat.org xatırladır ki, Gülər Əhmədova “mandat alveri” qalmaqalına görə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham elan olunub.

Saytların yığılması Saytlarin yigilmasi

2013-cü ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü ilin may ayının 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.

Gülər Əhmədova məlum qalmaqal zamanı mandatdan könüllü imtina edib. Bu imtina “mandat alveri” ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanmasından sonra olub. Gülər Əhmədova bildirib ki, bundan sonra Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə bilər. Maraqlı qüvvələr isə bundan istifadə edib işin obyektiv araşdırılmasına kölgə salmağa cəhdlər edəcəklər.
İstintaq isə işi araşdıraraq Gülər Əhmədovan təqsirləndirilən şəxs kimi tanıyıb və barəsində məhkmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə keçmiş deputatın suçlu olduğu qənaətinə gələrək onu məhkum edib.

Beləliklə, Gülər Əhmədova mandatdan könüllü imtina etməsəydi, barəsində məhkəmə hökmü olduğu üçün mandatdan məhrum ediləcəkdi. Ona görə də bu məsələyə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında“ Qanunun 30-cu maddəsi (Deputatın səlahiyyət müddəti bitəndən sonra təminatları) şamil edilə bilər. Həmin maddədə isə deyilir: “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat mandatını itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir”.

Qanundan da göründüyü deputat mandatını itirmiş şəxslərə deputat pensiyası təyin oluna bilməz.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button