2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Günəşə ən yaxın olan ulduz sistemində yeni planet kəşf edilib

    Alimlər Günəş sisteminə ən yaxın olan Proksima Sentavr adlı ulduz sistemində yeni planeti kəşf ediblər. Kəşf edilmiş yeni planet Proksima d adını əldə edib. Proksima d planeti Proksima Sentavr ulduzu ətrafında dövr edən üçüncü planetdir və sözügedən ulduz sistemində aşkar edilmiş planetlər arasında ən aşağı kütləyə sahib planet hesab edilir. Mütəxəssislərin əldə etdikləri məlumatlara əsasən sözügedən planet öz ulduzundan 4 milyon kilometr məsafədə dövr edir. O, ulduz ətrafında tam dövrü 5 günə reallaşdırır. Bununla belə onun orbiti yaşayış zonasının (planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) daxili sərhədlərindən kənarda yerləşir.

Saytların yığılması Saytlarin yigilmasi

    Proksima d-nin kütləsi Yer kürəsinin kütləsinin 1/4 hissəsinə bərabərdir. Lakin buna baxmayaraq onun kütləsi Mars planetinin kütləsindən daha yüksəkdir. Yer kürəsindən Proksima d-yə qədər olan məsafə 4 işıq ili təşkil edir. Mütəxəssislər yeni planeti Proksima Sentavr ulduzunun hərəkətindəki kiçik dəyişikliklərin hesabına kəşf ediblər. Həmin dəyişikliklər qravitasiya cazibəsi ilə əlaqəlidirlər. Proksima d öz ulduzu ətrafında dövr edən zaman qravitasiya cazibəsi yaranır. Qeyd etmək lazımdır ki, Proksima Sentavr ətrafında Proksima d-dən əlavə iki ekzoplanet də dövr edir. Onlardan biri Yer kürəsinə bənzəyir və yaşayış zonasında yerləşir. Həmin planet ulduz ətrafında tam dövrü 11.2 günə reallaşdırır. Digər planet isə ekzoplanet sinifinə namizəddir və ulduz ətrafında tam dövrü 5 ilə reallaşdırır.

24 saat” “Günəşə ən yaxın olan ulduz sistemində yeni planet kəşf edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button