2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Güneyli siyasi məhbus BMT baş katibinə məktub yazdı: “İnsanlıq məhv olmaq təhlükəsi ilə üzləşib” – Foto

[

Tehrandakı Evin zindanında saxlanılan güneyli siyasi məhbus, hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh mükafatının qalibi Nərgiz Məhəmmədi BMT-nin baş katibi Antonio Quterreşə məktub yazıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, xanım Məhəmmədi baş katibdən İran hökumətinin qadınlara qarşı tətbiq etdiyi cinsi ayrı-seçkilik siyasətini beynəlxalq sənədlərdə cinayət kimi qəbul edilməsini istəyib.

“İran hakimiyyəti sistemli və məqsədyönlü şəkildə hökumətin bütün imkanlarından istifadə etməklə, xüsusən də qanunlar icad etməklə qadınları özünə tabe etmək siyasətini təbliğ edir və onları insan haqlarından məhrum edir. Qadınların məhz qadın olduqlarına görə amansızcasına sıxışdırıldığı və ayrı-seçkiliyə məruz qaldığı bir cəmiyyətdə insanlıq sözün əsl mənasında məhv olmaq təhlükəsi ilə üzləşib”.

 

 

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button