Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Gürcülər nəhəng qaz yatağı tapdılar – 8 il tələbatlarını ödəyəcək

Gürcüstanda 16 milyard kubmetr həcmdə təbii qaz yatağının mövcudluğu təsdiqlənib.

Bu barədə ölkənin Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili “Business Media” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ehtiyatlar Tbilisi yaxınlığında “Schlumberger” şirkətinin qazdığı quyuda aşkarlanıb.

G.Tatişvili lisenziyalı sahədə üfüqi qazmanın tələb olunduğunu qeyd edib.

Agentlik rəhbəri bildirib ki, yatağın tam istismarı şərtilə Gürcüstan səkkiz il ərzində təbii qaza olan tələbatını tam ödəyə biləcək.

Agentlik rəhbəri bildirib ki, yatağın tam istismarı şərtilə Gürcüstan səkkiz il ərzində təbii qaza olan tələbatını tam ödəyə biləcək.

Qeyd edək ki, “Schlumberger” şirkəti 2018-ci ildən Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışını aparır.

24 saatGürcülər nəhəng qaz yatağı tapdılar – 8 il tələbatlarını ödəyəcək” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Yenə benzin və bahalaşma – Növbəti qiymət artımına gediləcəkmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button