2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gürcüstan müxalifəti hökumətə ultimatum verdi

Gürcüstan müxalifıəti əmindir ki, ölkənin Avropaya yolunda ən böyük maneə Gürcü arzusu partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir
Gürcüstanda müxalifət ölkə rəhbərliyinə ultimatum təqdim edib və tələblərin yerinə yetirilməsi üçün bir həftə vaxt verib.
Tələbnamədə deyilir ki, əgər hakim Gürcü arzusu partiyası baş nazir İrakli Qaribaşvili başda olmaqla bir həftə ərzində istefa verməsə, müxalifət iyulun 3-dən Tbilisinin mərkəzində çadır şəhərciyi quraraq fasiləsiz mitinqlərə başlayacaq.
Müxalifət hakimiyyətdən “milli barışıq hökumətinin” təşkil olunmasını tələb edir.
Bu barədə iyunun 24-də Gürcüstan parlamenti qarşısında keçirilən növbəti müxalifət mitinqində elan olunub.
Interfax agentliyi mitinqin izdihamlı olduğunu xəbər verir.
Sirtsxviliya (Rüsvayçılıq) qeyri-hökumət təşkilatının lideri Şota Diqmelaşvili deyib ki, hakimiyyət “avrointerqrasiya prosesini” iflasa uğradıb və nəticədə Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilməyib.
Siyasətçilər yox, peşəkarlar
Gürcüstan müxalifıəti əmindir ki, ölkənin Avropaya yolunda ən böyük maneə Gürcü arzusu partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir.
Bununla əlaqədar növbəti mitinqdə tələbin oliqarxların Gürcüstanın siyasi-ictimai həyatından kənalaşdırılması olacağı bildirilir.
Müxalifət hesab edir ki, “milli barışıq hökumətinə” siyasətçilər yox, peşəkarlar daxil olmalı, bu texniki hökumət Avropa İttifaqının bütün tələblərini icra etməli və ölkəni növbədənkənar parlament seçkisinə hazırlamalıdır.
İyunun 24-də baş nazir İrakli Qaribaşvili deyib ki, onun hökuməti Avropa İttifaqının bütün tələblərini yerinə yetirəcək.
Lakin o keçmiş prezident Mixeil Saakaşvilinin, habelə mediamenecer Nika Qvaramiyanın həbsxanadan azad edilib-edilməyəcəyi barədə heç nə deməyib.
İyunun 23-də Avropa İttifaqı Ukrayna və Moldovaya blok üzvlüyünə namizəd statusu verib.
Aİ bildirib ki, Gürcüstana belə bir status Tbilisi müəyyən addımları atandan sonra verilə bilər.

Tbilisidə 24 iyun mitinqi

24 saat” “
Gürcüstan müxalifəti hökumətə ultimatum verdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button