2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstan prezidenti “xarici agentlər” haqqında qanuna veto qoyub

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. O, bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə məlumat verib.

“Bu qanun öz mahiyyətinə görə, öz ruhuna görə Rusiya qanunvericiliyinə uyğundur, bizim Konstitusiyamıza və bütün Avropa standartlarına ziddir”, o deyib. Zurabişvilinin sözlərinə görə, qanun layihəsi “heç bir dəyişikliyə məruz qalmır” və “ləğv edilməlidir”.

Hakim “Gürcü Arzusu” partiyasının lideri İrakli Qaribaşvili təhdid və ya şantajı səmərəsiz adlandırıb və qanun layihəsi ilə bağlı dialoqa hazır olduğunu bəyan edib. “Veto hüququ çərçivəsində vəziyyəti yüngülləşdirəcək və hər kəsi arxayınlaşdıracaq həll yolu tapıla bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstan parlamenti mayın 14-də xarici agentlər haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. “Gürcü arzusu” təşəbbüsünü 84 deputat dəstəkləyib, 30 deputat əleyhinə çıxıb. Söhbət maliyyənin 20%-dən çoxunu xarici donorlardan alan QHT-lərdən, mediadan və ictimai strukturlardan gedir.

Qanuna görə, onlar Gürcüstan Ədliyyə Nazirliyinə tabe olan Milli Dövlət Reyestr Agentliyində qeydiyyatdan keçməlidirlər. Tələblərə əməl edilmədikdə, 10 mindən 25 min lariyə qədər (3,7 min dollardan 9,4 min dollara qədər) cərimə nəzərdə tutulur.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button