2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbsdə olan bloger günahsız olduğunu bildirir

Üç aydır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan bloger Arzu Sayadoğlu atası ilə görüşüb. 

“Arzunun səhhəti yaxşıdır. Saxlanma şəraitindən narazılığı yoxdur. Şüşə arxasından görüşdük. O dedi ki, günahı yoxdur, nə deyibsə, düzdür. Bizim ailəmiz çox çətinlik çəkir. Atayam, oğlumun həbsinə dözə bilmirəm. Arzuya kömək edin”, deyə blogerin atası Səyyad Məmmədov “Amerikanın Səsi”nə bildirib. 

Ata hökumət orqanlarından oğlunun həbsdən azad edilməsinə kömək etmələrini istəyir. 

Saytların yığılması Saytlarin yigilmasi

Səbail Rayon Məhkəməsindən “Amerikanın Səsi”nə bildiriblər ki, Arzu Sayadoğlu yanvarın 16-da saxlanılıb, onun barəsində yanvarın 18-də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham sübut olunarsa blogeri beş ildən on ilədək həbs cəzası gözləyir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.

Sayadoğlu “Azad Söz” onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən və vətəndaşları hökumət əleyhinə etirazlara çağırdıqdan sonra onunla əlaqə kəsilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button