2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbsdə olan jurnalistlərə yaxınları ilə əlaqə saxlamaga imkan verilmir

“Abzas Media”nın cinayət işi üzrə həbs olunmuş jurnalistlərə yaxınları ilə əlaqə saxlamağa icazə verilmir. 

Yaxınlarının sözlərinə görə, “Abzas Media”nın təsisçisi Ülvi Həsənli noyabrın 20-dən, yəni həbs olunduğu gündən yaxınları ilə telefonla əlaqə saxlamayıb, ona ailə üzvləri ilə görüşə qadağa qoyulub.

Həmin qadağa eyni cinayət işi üzrə digər həbs olunmuş jurnalistlərə də şamil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillərinin sözlərinə görə, qadağa istintaq orqanı – Bakı Şəhər Bşa Polis İdarəsi tərəfindən qoyulub. Məhkəmələr də həmin qadağanı qüvvədə saxlayıb. Lakin, vəkillər bildirir ki, qadağa nə məhkəmələrin qərarlarında, nə də istintaq tərəfindən əsaslandırılmır. Onlar hesab edirlər ki, sözügedən qadağalar əsassızdır və həbs olunan jurnalistlərin hüquqlarının pozulmasıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat ximətinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, qadağalar istintaq aidiyyətlidir və bununla bağlı bütün sualların cavabı istintaqda var: “Vəkillərə tövsiyə edirik ki, həmin məsələlərlə bağlı istintaqa müraciət etsinlər”. 

Azərbaycanda noyabr-yanvar aylarında “Abzas Media”nın altı jurnalisti və mətbuat işçisi həbs olunub. Onlar “qaçaqmalçılıqda” ittiham olunurlar.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button