Siyasət
Hərbi xidmətdən yayınmaya görə tədbirlər sərtləşdirilir
![](https://www.az24saat.org/wp-content/uploads/2024/03/1709556280019-780x463.png)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) vəzifəli şəxslərin qanunsuz əməlləri barədə araşdırmanın nəticələrini açıqlanıb.
Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ötən il ərzində prokurorluq orqanlarında bu iş üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb.
Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib.
Həmçinin qeyd olunub ki, ötən il Səfərbərlik Xidmətinin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib. Qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
Bu il isə 18 material üzrə araşdırmanın aparıldığı, 1 halda cinayət işinin başlanıldığı bildirilib.