2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını yaradıb (VİDEO)

    İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi bir vaxtda həvəskar şəxslər mövcud olan konsolu özləri təkmilləşdirirlər. Bu işlə məşğul olan bloggerlərdən biri PS5-in daxili hissəsini ultranazik gövdəyə yerləşdirə bilib. Məlumatda qeyd edilib ki, bu proses bir xeyli xərc tələb edib. Sözügedən prsesi DIY Perks adlı Youtube kanalının müəllifi Matt Perks reallaşdırıb. Videonun preview fotosuna baxmaqla real PS5 ilə onun qeyri-rəsmi Slim versiyası arasındakı ölçü fərqini görmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

    Belə ki, Matt Perks öz versiyalı PS5 üçün 20 mm-lik qalınlığa sahib gövdə hazırlamaq məqsədini qoyub. Lakin bunun nəticəsində əsl PS5-in ana platasından başqa digər bütün detalları çxartmaq lazım gəlib. Slim versiyalı konsolun yaxşı soyutma prosesini təmin etmək üçün blogger onun gövdəsində mis materialdan istifadə edib. Bu isə öz növbəsində baha başa gəlib. Belə ki, gövdənin mis material örtüyü real PS5-in özündən baha başa gəlib. Bundan əlavə olaraq blogger mini konsolda Alphacool 7×40 radiatorlarından və Noctula NF-A4x20 adlı 7 ədəd pərdən istifadə edib. Həmçinin mini konsolun enerji bloku da dəyişilib. Bütün bu proseslər mini konsolun yaxşı soyudulmasını təmin edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button